Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Ordusunun taktiki addımları amerikalı general heyran edib
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms MakKonvill qeyd edib ki, Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası Amerikanın hərb texnikasında yenilənmənin vacibliyini üzə çıxarıb.O ordumuzun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsini təqdir edərək,ölkəsinin bu ciddi təhlükəyə hazırlıq səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

“Qarabağdakı döyüşlərdə erməni terrorçularına və Ermənistan ordusuna qarşı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası amerkalı generalları heyran qoymaqla yanaşı düşündürməlidir. İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik.

Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsisi olması ilə bağlı düşünməyə vadar edir.

Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir.

İndi havada üstünlüyə malikik.

Lakin gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və təhlükədir", - general MakKonvill deyib.

Bir çoxları isə hesab edir ki, general MakKonvil bu çıxışı ilə Ermənistan tərəfinə əslində nəzəri dərs verərək, nələri edib,-etməməli barədə tövsiyələr səsləndirmiş olub. Yerli ekspertlərin fikirinə görə, Azərbaycan ordusu qarşı tərəfin də PUA-larla arsenalını gücləndirəcəyi təqdirə hazırlıqlı olmaq üçün Hava Hücumundan Müdafiə sistemlərimizi gücləndirməlidirlər.

Bizimyol.info

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »