Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə vətəndaşının Azərbaycana göndərdiyi hədiyyə hamını heyrətləndirdi
Türkiyə vətəndaşının Azərbaycana göndərdiyi hədiyyə hamını heyrətləndirdi

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim dünən Ankarada jurnalistlər qarşısında çıxış edərkən maraqlı açıqlama verib.

Bizimyol.info TRT1-ə istinadən xəbər verir ki, İbrahim Xəzər Qəhrəman Maraş sakini haqqında bunları deyib:

“Mənə Türkiyə vətəndaşları olan qardaşlarımdan Azərbaycana dəstək mesajı ifadə edən çoxlu sayda məktublar gəlir. Bizim üçün Azərbaycan bayrağı nədirsə, Türkiyə bayrağı da odur. Şərəfdir, Namusdur, başımız, gözümüz üstünədir. Dünən mənə Maraş sakinindən bir məktub gəlib. Mən onu xüsusi qeyd edəcəm. Məktubun içərisinə bu gün qəlbim üstündə saxladığım bir Azərbaycan bayrağı qoyulub. Bir də üzük. Bu üzüyə biz tərəflərdə nişan üzüyü deyirlər. İçərisinə adını çəkmək istəməyəcəm, xanımın adı belə yazılıb. Maraş sakini qeyd edir ki, verməyə başqa bir şeyi yoxdur, bu üzüyü bağışlayır. Bütün qəlbiylə bizim yanımızda olduğunu bildirir. Mən bu hədiyyədən çox təsirləndim. Biz əlbəttə bu hədiyyəni ona geri göndərmək istədik. Amma o bundan inciyəcəyini bildirincə etmədik. Türkiyə- Azərbaycan qardaşlığını bundan yaxşı ifadə edəcək başqa heç nə tapa bilmirəm”,- deyə Xəzər İbrahim bildirib.

Son xəbərlər
Bütün xəbərlər »