Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada naməlum şəxs avtobus dayanacağını atəşə tutub, üç nəfər ölüb
Rusiyada naməlum şəxs avtobus dayanacağını atəşə tutub, üç nəfər ölüb

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutub.

APA-nın verdiyi xəbərə görə, bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.

Hadisə nəticəsində üç kişi ölüb, üç qadın yaralanıb. Yaralıların vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Onlar dərhal mərkəzi regional xəstəxanaya yerləşdirilib.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin hadisə ilə bağlı açıqlamasında bildirib ki, dərhal əraziyə xüsusi tibbi yardım qrupu göndərilib: Lazım gələrsə, zərərçəkənlər hava nəqliyyatı ilə Regional tibb mərkəzə təxliyə ediləcək”.

Hadisəni törədən şəxs yaxınlıqdakı meşəyə qaçıb. Mətbuatın yazdığına görə, o, 18 yaşındadır, üzərində 2 ov tüfəngi və patronlar olub.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, meşə təsərrüfatı işçiləri və polis əməkdaşları cinayəti törədən şəxsi axtarır. Faktla bağlı cinayət işi açılıb.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »