Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In ağlayaraq xalqdan üzr istəyib: “Çox utanıram” - Video
Kim Çen In

Şimali Koreya lideri Kim Çen In bu il ictinaiyyət arasında çox görünməyib.

Onun dəfələrlə ölüm xəbəri yayılıb.

Bizimyol.info xəbər verir ki, Kim Çen In növbəti belə məlumatdan sonra xalq qarşısında görünmək qərarı verib. KXDR prezidenti hərbçilərlə görüşdə gözlənilməz çıxış edib. Şimali Koreya lideri ağlayaraq xalqdan üzr istəyib.

“Güvəninizin qarşılığını tam verə bilmədim. Buna görə çox utanıram. Cəhdlərim və fədakarlığım xalqımın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün yetərli olmadı”, - Kim Çen In bu cümlələrlə həm də xalqın illərlə dolanışıq sıxıntısı yaşadığını etiraf edib.

Şimali Koreya lideri açıq mətnlə danışıb. O, koreyalıların sosial rifah halını yüksəltməyə gücü çatmadığını deyib.

Kim Çen In pandemiyadan da söz açıb: “Dünyanın harasında olur-olsun koronavirusla mübarizə aparan hər kəsin xəstəliyə qalib gəlməsini arzulayıram. İnsanların normal və xoşbəxt həyata qayıtmasını istəyirəm”.

Cənubi Koreya və ABŞ Kim Çen Inın çıxışından narazı qalıblar. Yeni uzaqmənzilli raketlərin nümayişi Seul və Vaşinqtonun ürəyincə olmayıb.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »