Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qulamhüseyn Əlibəyli: Ermənistan dövlət deyil, terrorçu hörgütdür
Qulamhüseyn Əlibəyli

"2020-ci il oktyabrın 10-dan Rusiyanın vasitəsilə Azərbaycanla Ermənistan arasında əldə edilən humanitar atəşkəs cəmiyyətdə birmənalı qarşılanmamışdır. Razılaşmanın qüvvəyə mindiyi gündən keçən 3 gün ərzində ermənilər dəfələrlə razılaşmanı pozaraq öldürülmüş əsgərlərini doyüş meydanından yığmaq əvəzinə atəşkəs rejimindən azad olunmuş Azərbaycan ərazilərini yenidən işğal etmək, mülki əhaliyə və obyektlərə zərbə endirmək məqsədilə istifadə edirlər".

Bunu Bizimyol.info-ya verdiyi açıqlamada Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri qeyd edib ki, Gəncə və Migəçevir şəhərlərinə raket zərbələrinin endirilməsi, Gəncə şəhərində mülki əhalini arasında tələfatların olması, yaşayış binalarının dağıdılması, yenicə azad olunmuş Hadrutun təkrar işğal cəhdi, Ağdam Fizulu, Cəbrayıl və digər istiqamətdə hücumlar Ermənistanın beynəlxalq hüquq normanalarına azaçıq da olsa hörmət edən dövlət deyil, terrorçu bir hörgüt olduğunu bir daha təsdiq edir:

"Azərbaycanın beynəlxalq hümanitar hüquqa əsasən razılaşdığı atəşkəs rejimindən Ermənistanın terror məqsədilə istafadə etməsi həmin razılaşmanın faktiki ləğv olunması deməkdir. Azərbaycanın bundan sonra həmin razılaşmaya birtərəfli qaydada əməl etməsi Ermənistana yeni işğallar üçün hazırlıq şansının tanınması anlamına gələ bilər. Ona görə də Azərbaycan ordusu ermənilərin hüçumlarına cavab verməklə kifayətlənərək durmamalı, anti-terror əməliyyatlarını davam etdirərək işğal olunmuş bütün torpaqlarımızın tamamilə azad olunmasına nail olmalıdır. Terrorçu hörgüt humanitar məqsədlərlə edilən atəşkəsin nə olduğunu başa düşmür. Onunla başa düşdüyü dildə terrorçu kimi danışılmalıdır.

Heç bir diplomatik təzyiq, erməni havadarlarının kobud müdaxilə cəhdləri bu gün Azərbaycanda Qarabağ problemi ilə əlaqədar formalaşmış milli birliyi və həmrəyliyi poza bilməz; bu birlik və həmrəylik bütün diplomatik təzyiqləri və müdaxilələri dəf etməyə qabildir".

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »