Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Taruta: Dinc sakinlərin müharibənin qurbanı olmasını görmək çox kədərlidir
Sergey Taruta

Mən Azərbaycanı çox sevirəm. Dağlıq Qarabağda baş verən hadisələrin gedişatından narahatıq. Elan olunan humanitar atəşkəsdən heç bir sutka keçməmiş Gəncə şəhərinin raketlə vurulması təəssüf doğurur. Dinc sakinlərin müharibənin qurbanı olmasını görmək çox kədərlidir.

Bu fikirləri Ukrayna Ali Radasının deputatı Sergey Taruta söyləyib.

Dinc sakinlərin Cenevrə Konvensiyasına əsasən müdafiə olunduğunu bildirən S.Taruta deyib: “Hər bir münaqişə beynəlxalq hüququn prinsipləri çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəallıq nümayiş etdirməlidirlər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.(azərtac)

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »