Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gəncəni hədəfə almaqda məqsəd əhalidə təlaş yaratmaqdır” - Ekspert
Ermənistan ordusunun raket atəşinə məruz qalan Gəncə şəhəri - Fotolar

“Atəşkəs istənilən halda hücum edən tərəf üçün maneədir, müdafiə tərəfi üçün isə xeyirlidi. Hər halda hücum edən və ərazisini işğaldan azad edən Azərbaycan tərəf idi. Müdafiə olunan və geri çəkilən isə Ermənistan tərəfi idi. Deməli, atəşkəs bizim üçün tələ idi”.

Bunu Bizimyol.info-ya açıqlamasında Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.

Ilham Ismayıl İlham İsmayıl

Ekspert qeyd edib ki, Rusiyada Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkildiyini görüb atəşkəsi irəli sürdü: “Amma Ermənistan da öz xislətinə sahib çıxdı. Yəni namərdçəsinə yenə öz hərəkətlərini elədi-Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən xeyli uzaq yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini raket atəşinə məruz qoydu”.

İ.İsmayıl bildirir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Gəncəyə atəşdən öncə Hadrutu yenidən işğal etmək istədi: “Bu cəhdləri baş tutmadıqda əhalinin sıx yaşadığı Gəncəni hədəfə aldılar. Xüsusilə qeyd etmək lazımdır ki Gəncə Qarabağdan deyil, Ermənistandan vurulub. Və professional atış olub. Mülki əhalini hədəfə almaqda məqsəd xalq arasında təlaş yaratmaq olub”.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »