Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandilli istifadəçilərin "Facebook” və “Twitter”də bloklanması ilə bağlı açıqlama
Sosial şəbəkələr

Bu gün Azərbaycan-Ermənistan arasında mübarizə təkcə təmas xəttində getmir. Eyni zamanda virtual aləmdə informasiya müharibəsi fonunda davam edir.

Ermənistanın yalanlarını ifşa edən və erməni vəhşiliyini dünyaya çatdıran azərbaycanlılar sosial şəbəkələrdə bloklanırlar.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya açıqlaçasında son günlər “Facebook” və “Twitter” Azərbaycandilli istifadəçiləri bloklamağa başladığını bildirib.

Osman Gündüz Osman Gündüz

Ekspert bildirib ki “Facebook” Azərbaycandilli istifadəçiləri blokladığını gizlətmir: “Belə ki “Facebook” Azərbaycandilli istifadəçiləin bloklanması ilə bağlı artıq özü də növbəti dəfə məlumat yayıb. Məlumatda bildirilib ki Azərbaycan dilli 598 profil, 7906 səhifə, 447 İnstagram profili bloklanıb.

“Facebook” bu qərarı özünün bəlli qaydaları əsasında verib. Belə ki aqressiya, nifrət və zorakalıqla bağlı, müəllif hüquqları ilə, saxta səhifələrlə bağlı, trollarla, kampaniya və ya kordinasiya olunmuş fəaliyyətlər müəyyən olunduqda və ya şikayətlər olduqda məhdudiyyətlər ola bilər”.

Ekspert qeyd edib ki bununla belə “Facebook”da Azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edildiyi müşahidə edilir: “Ümumiyyətlə, son zamanlarda “Facebook” və bir sıra digər qlobal resurslarda şəffaflıq, inhisarçılıq, ikili standartlarla bağlı ciddi faktlar ortaya çıxıb.

Bir neçə gün öncə ABŞ Konqresinin “Facebook”, “Amazon”, “Twitter” və “Appl ilə bağlı təxminən 500 səhifəlik bir hesabatı dərc olunub.

Bu hesabatın sonuna baxanda görmək olar ki, Konqres bu şirkətlərin hər birisinin bir neçə ayrı-ayrı qurumalara parçalanmasını təklif edib. Bu yaxınlarda bu məsələlər yenidən gündəmə gəlməlidir”.

Ekspert problemin həlli yolunu “Facebook”a etiraz məktubu göndərməkdə və yeni profil açmaqda görüb: “Beynəlxlaq informasiya cəbhəsi üçün “Twitter” daha faydalıdır. Populyar insanların əksəri, dünya ölkələrinin bütün rəsmi şəxsləri, tanınmışlar, vətəndaş cəmiyyətləri və informasiya cəmiyyətlərinin təmsilçiləri və s. bu platforma üzərindədir.

Ümumiyyətlə, qlobal sosial media resurslardakı ikili standartlardan dolayı hər bir istifadəçinin indiki anda bir neçə ictimai əhəmiyyətli sosial media resursunda aktiv olması məntiqli olardı”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »