Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər koronavirusun dəridə neçə saat qaldığını müəyyənləşdirib
koronavirus

Kioto Tibb Universitetindən olan bir qrup yaponiyalı tədqiqatçı koronavirusun insan dərisində neçə saat qaldığını və 80%-li etanolla təmizlənmənin onu nə qədər tez məhv edə biləcəyini müəyyənləşdirib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Təcrübələr zamanı tədqiqatçılar insan dərisinə nümunələrinə təxminən 100 min qrip virusu və yeni koronavirus nümunələri yerləşdiriblər. Məlum olub ki, koronavirus insan dərisində 6-11 saat qalır və təhlükəli mənbəyi olur. Bu, qrip viruslarına nisbətən təxminən beş dəfə çoxdur: onlar 1-2 saat sonra dəridən itib, 80%-li etanolla təmizləmə isə bütün koronavirusları 15 saniyədə öldürməyə imkan verib.

Digər tərəfdən, əlləri sadəcə axan su ilə yumaqla koronavirusların sayının 100 dəfə azaldıla biləcəyi aşkar edilib. Əlləri, təxminən, 15 saniyə ərzində sabun ilə yuduqda isə əvvəlki koronavirus sayının yalnız on mində bir hissəsi dəri üzərində qalacaq.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »