Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“The London Post” ermənilərin Gəncəni atəşə tutması barədə məqalə dərc edib - Foto
“The London Post” ermənilərin Gəncəni atəşə tutması barədə məqalə dərc edib - Foto

Böyük Britaniyanın "The London Post" portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalə dərc edib.

"Report"un məlumatına görə, məqalədə hücum nəticəsində 10 dinc sakinin həyatını itirdiyi, 34 nəfərin isə yaralandığı qeyd olunub.

“The London Post” ermənilərin Gəncəni atəşə tutması barədə məqalə dərc edib

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin aşağıdakı fikirləri Britaniya oxucularına təqdim olunub: “Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Məqalədə həmçinin humanitar atəşkəsin yaradılmasından dərhal sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam və Tərtər bölgələrini atəşə tutması qeyd olunub. “Bir neçə saat sonra erməni silahlı qüvvələri Hadrut və Cəbrayıl istiqamətində hücuma keçməyə çalışıb.

Erməni silahlı qüvvələrinin Suqovşan ərazisindəki erməni əsgərlərinin cəsədlərini topladığı, açıq şəkildə ağ bayraqla işarələnmiş sanitariya tibbi maşınına atəş etməsi nəticəsində bir tibb işçisi ağır yaralanıb".

Son xəbərlər
Bütün xəbərlər »