Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN-in İdarə rəisi: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir”
Müdafiə Nazirliyi binası

“Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

O bildirib ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əks-həmlə əməliyyatına başlayıb: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atır”.

İdarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub və nəticədə xeyli sayda mülki insan həlak olub və xəsarət alıb.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »