Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN-dən Gəncəyə hücumla bağlı açıqlama
Ermənistanın dövlət terroru törətdiyi Gəncə şəhərindən yeni görüntülər - Fotolar

"Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Döyüş bölgəsindən 100 km məsafədəki Gəncədə bir yaşayış binasına tuş gələrək 9 mülki şəxsin ölümünə, 39 nəfərin yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan ərazilərinin xaricinə yayma məqsədinə yönəlmiş təxribatların yeni bir nümunəsidir. Bu hücum eyni zamanda Ermənistanın atəşkəsdən anlamadığını göstərir. Ermənistanın bu aqressiyası həmişəki işğalçı və təcavüzkar zehniyyətinin təzahürüdür. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”, - açıqlamada vurğulanıb.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »