Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN ermənilərin Gəncə və Mingəçevirdəki təxribatları ilə bağlı məlumat yayıb
Ermənistanın dövlət terroru törətdiyi Gəncə şəhərindən yeni görüntülər - Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti Gəncə və Mingəçevirdə ermənilərin növbəti dəfə törətdiyi təxribatla bağlı məlumat yayıb.

“İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan və müxtəlif raket sistemlərindən atəşə tutmağa davam edir.

Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixində cənubi Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını və Su anbarını hədəfə almaqla, cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən iri sənaye şəhəri Mingəçevirə və eyni zamanda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raketlər atıb.

Mingəçevir Su Anbarı Azərbaycanın, həmçinin cənubi Qafqazın ən iri sututarlarından biridir və düşmən tərəfindən Su Anbarının raket atəşinə tutulması və ekoloji fəlakətlərə səbəb olacaq hərəkətlərə əl atması bir çox beynəlxalq konvensiya və qərarların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji Müxtəliflik haqqında və eyni zamanda Səhralaşmaya, torpaqların deqradasiyasına qarşı mübarizə Konvensiyalarından irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır.

Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda, Gəncə şəhərində mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etməklə dinc əhalinin ölümünə səbəb olmaq isə insanlığa qarşı edilən ən böyük cinayətdir.

Ermənistan silahlı qüvvələrinin təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə zərbə vuran bu əməllərini qətiyyətlə pisləyirik.

Dünyanın beynəlxalq ekoloji və humanitar təşkilatlarını işğalçı Ermənistanı insan haqlarına, beynəlxalq təbiəti mühafizə tələblərinə və beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq”. (Qafqazinfo.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »