Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket hücumuna məruz qoymasına münasibət bildirib
Sahibə Qafarova

Ermənistan öz cinayətkar mahiyyətini, terror dövləti olmasını və heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha göstərdi.

Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının şanlı tarixindən gələn qəhrəmanlıq və qorxmaz hissləri qarşısında və dünyanın gözü qarşısında kiçilməsindən başqa bir şey deyildir.

Bu hücum bir daha bütün dünyaya Azərbaycanın haqlı mübarizə apardığını, Ermənistanın müharibəni belə ən dəyərsiz şəkildə apardığını açıq-aydın göstərir.

Bu gecə Gəncədə həyatını itirən həmvətənlərimə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hadisələrin fonunda bir şeyə xalq olaraq hər gün daha çox inanırıq ki, qələbə bizimdir və QARABAĞ AZƏRBAYCANDIR!!!

Bizimyol.info

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »