Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BBC, “Əl-Cəzirə”, “France 24” və digər media qurumlarının nümayəndələri Gəncədə ermənilərin raket zərbəsi endirdiyi ərazidə olublar - Fotolar
BBC, “Əl-Cəzirə”, “France 24” və digər media qurumlarının nümayəndələri Gəncədə ermənilərin raket zərbəsi endirdiyi ərazidə olublar - Fotolar

Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq medianın da diqqətini cəlb edib.

APA-nın məlumatına görə, BBC, “Əl-Cəzirə”, “France 24”, Türkiyənin NTV, TRT Haber və digər transmilli media orqanlarının nümayəndələri ermənilərin raket atəşinin törətdiyi faciə və fəsadlarla yerində tanış olmaq üçün bu gün Gəncədə olublar.

BBC, “Əl-Cəzirə”, “France 24” və digər media qurumlarının nümayəndələri Gəncədə ermənilərin raket zərbəsi endirdiyi ərazidə olublar - Fotolar

Onlar raket zərbəsindən dağılmış ərazidə çəkiliş aparıb, erməni terrorunun miqyasını öz gözləri ilə görüb, yerli sakinlərdən müsahibələr alıblar.

BBC, “Əl-Cəzirə”, “France 24” və digər media qurumlarının nümayəndələri Gəncədə ermənilərin raket zərbəsi endirdiyi ərazidə olublar - Fotolar

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.

Xilasetmə işləri davam edir.

Son xəbərlər
Bütün xəbərlər »