Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artıb
Ermənistanın dövlət terroru törətdiyi Gəncə şəhərindən yeni görüntülər - Fotolar

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayı artıb.

“Report”un verdiyi məlumata görə, raket atəşi nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb. Belə ki, dağıntılar altından daha 2 nəfərin – gənc oğlanın və qadının meyitləri çıxarılıb.

Bununla da atəş nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »