Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fizuli Məmmədov haqqında çıxan məlumatları cəfəngiyyat adlandırdı
Azərbaycan jurnalistlərinə müraciəti: “Cənablar, mənim hörmət etdiyim sevimli jurnalistlər, antiməmmədov isterikasını dayandırın!

Şənbə günü Feysbuk sosial şəbəkə istifadəçilərindən biri 15 nəfər azərbaycan siyasətçilərinin şəkillərindən ibarət görüntünü öz səhifəsində dərc edərək, yuxarıda: Prezident seçkiləri — 2018. Siz kimə səs verərsiz?

Sosial şəbəkə istifadəçisinin Azərbaycan Prezidenti postuna namizəd qismində göstərdiyi bu 15 nəfər azərbaycan siyasətçilərinin fotoşəkilləri arasında mənim də şəklim düşüb. Növbəti gün isə azərbaycanın populyar internet-qəzetlərinin birində dərc edilən məqalədə məlumat yayılıb ki, "Frenk Elkaponi adı ilə tanınan məşhur biznesmen Füzuli Məmmədov 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyindədir".

Çox təəssüflər olsun ki, materialı dərc etməmişdən qabaq bu barədə fikrimi bilmək üçün populyar sayt mənimlə əlaqə saxlamayıb. Mən jurnalistlərin suallarına cavab verməyə həmişə hazıram. Əgər başqa şəhərlərdən zəng etmək siz jurnalistlərə baha başa gəlirsə, onda Feysbukdakı şəxsi səhifəm vasitəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz.

2018-ci ildə keçiriləcək Azərbaycan Prezidenti seçkilərində mənim iştirak etmək planlarım haqqında sizin yazdıqlarınız həqiqətə uyğun deyil, tamamilə cəfəngiyatdır. Bu, sadəcə hüquqi nonsensdir.

Cənab jurnalistlər! Yəqin ki, hər biriniz ali təhsillisiniz və öz ölkənizin qanunlarına yaxşı bələdsiniz. Azərbaycan Konstitusiyasının 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizəd qismində yalnız 10 ildən artıq Azərbaycan vətəndaşlığı olan və Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan respublika vətəndaşları öz namizədliklərini irəli sürə bilər.

Cənablar, mənim sevimli və hörmət etdiyim jurnalistlər!

Mən sizin diqqətinizi belə bir məqama yönəltmək istərdim: təəssüf ki, mən Azərbaycan Respublikasının vətəndaşı deyiləm və son 30 ildə orada yaşamıram. Bundan başqa, mən ikili - Rusiya və İtaliya vətəndaşıyam. Deməli, sırf hüquqi baxımdan, mən 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edə bilmərəm. Xahiş edirəm, əgər bundan sonra belə hallar yaranarsa, Feysbukdakı şəxsi səhifəm vasitəsi ilə mənimlə əlaqə saxlayın və mənim şəxsi fikrimi öyrənin.

Rica edirəm, bundan sonra mənim adımla bağlı, adımla yanaşı "narkotik" ifadəsini işlətməyin! Sizin istinad etdiyiniz bu iş 17 il bundan əvvəl olub, o vaxt mənə qarşı sürülən bütün ittihamlar aradan götürülmüş, təxribatçılar isə müxtəlif maddələrlə cəzalara məhkum olunaraq, azadlıqdan məhrum edilmişlər.

Bir daha xatırlatmaq istəyirəm ki, bu iş məhkəmədə səs-küylə, gurultu ilə dağıldı. Vəkillər qrupuna rəhbərlik edən Rusiyanın məşhur vəkili Henrix Padva sübut etdi ki, mənə qarşı açılmış cinayət işi tamamilə uydurulmuş və məni həbs edən güc strukturlarının özləri tərəfindən mənə narkotik maddə atılmışdır. Nəticədə, Moskvanın Qolovinski bələdiyyələrarası şəhər məhkəməsi 2003-cü ilin martında məni tamamilə doğrultdu, mənə qarşı iyrənc təxribat işi quran insanların özlərini, qanunazidd hərəkətlərə görə, müttəhimlər kürsüsündə əyləşdirdi, onları uzunmüddətli həbsxana cəzasına məhkum etdi. Mənim əlimdə Moskvanın Qolovinski bələdiyyələrarası şəhər məhkəməsinin bu uydurulmuş cinayət işi üzrə bəraət qərarı var. Ona görə də, cənab jurnalistlər, mənim haqqımda gerçəkliklə heç bir əlaqəsi olmayan qeyri-dəqiq məlumatlar, hər cür cəfəngiyatlar yazmağı tərgidin! Özünüzün antiməmmədov isterikasını dayandırın!

Əziz həmvətənlər, öz xalqınızı sevin! Vətənə yardım edən Azərbaycan diasporunun tanınmış nümayəndələrinə qara yaxmayın, onları itəliyərək, doğma Azərbaycandan uzaqlaşdırmayın!

Füzuli Məmməd oğlu Məmmədov -

ictimai xadim, siyasətçi, xeyriyyəçi

Son xəbərlər
Bütün xəbərlər »