Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan QHT-ləri bəyanat yayıb
baki_yuzerpik_035

TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı səsləndirilən təhqir və təhdidlərlə əlaqədar Azərbaycan QHT-ləri bəyanat yayıb.

Bizimyol.info xəbər verir ki, bəyanatda deyilir:

Biz, Azərbaycan QHT-ləri, TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı erməni ictimaiyyətinin son əsassız tənqid və təhqirləri, eləcə də onun həyat və sağlamlığına qarşı birbaşa təhdidlər səsləndirməsi barədə son dərəcə narahatlığımızı bildiririk.

Səadət Kadırovaya qarşı yönəlmiş kampaniyanın səbəbi ondadır ki, o, "Rossiya-1" telekanalının "Vladimir Solovyovla axşam" televiziya proqramında Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçılıq və təcavüz siyasətini açıq şəkildə tənqid edib. Onun bu çıxışdan sonra sosial medianın erməni seqmentində Səadət Kadırovanın həm peşə fəaliyyətinə, həm də şəxsiyyətinə qarşı yönəlmiş bir sıra onlayn kampaniyalar başladıldı.

Biz, Azərbaycan QHT-ləri, Ermənistan ictimaiyyətinin yuxarıda sadalanan hərəkətlərinin Rusiyanın nüfuzlu “TASS” informasiya agentliyində rəhbər mövqelərdən birini tutan jurnalist Səadət Kadırovanın hüquq və azadlıqlarının kobud şəkildə pozduğunu bəyan edirik. Düşüncə və söz azadlığı istənilən demokratik cəmiyyətin təməlidir. Bu hüququn pozulmasına yönəlmiş hər hansı bir hərəkət, hazırda erməni ictimaiyyəti tərəfindən törədildiyi əməllər də daxil olmaqla, Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq ciddi şəkildə cəzalandırılmalı və aradan qaldırılmalıdır.

Biz, Rusiya Federasiyasını Səadət Kadırovanı erməni ictimaiyyətinin təhdid və nifrət kampaniyalarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »