Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da sutka ərzində koronavirusa yoluxanların sayı yenidən 50 mini ötüb
koronavirus

ABŞ-da son sutka ərzində 57 420 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın məlumatına görə, bu barədə Cons Hopkins Universitetinin açıqlamasında deyilir.

Qeyd olunur ki, artıq ardıcıl olaraq üçüncü gündür ki, ABŞ-da sutkalıq yoluxma sayı 50 mini ötür. Belə ki, oktyabrın 7-də ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 50 341 nəfər, oktyabrın 8-də 56 191 min nəfər, oktyabrın 9-da isə 57 420 nəfər təşkil edib.

Bundan öncə 50 mindən çox sutkalıq yoluxma halı avqust aynda qeydə alınmışdı.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan dünyada 36,8 mln. nəfərə yaxın insan COVID-19-a yoluxub, 1,06 mln. nəfərdən çox insan isə virusun qurbanı olub. ABŞ-da indiyədək sözügedən virusa yoluxanların sayı 7,66 mln. nəfər təşkil edib, 213 795 nəfər ölüb. Hər iki göstərici üzrə ABŞ dünya lideridir.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »