Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bişkekdə komendant saatı tətbiq edildi
Qırğızıstan  -  Bişkek

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində saat 21-dən 5-dək komendant saatı tətbiq olunur.

“Report” “Kabar”a istinadən xəbər verir ki, bu barədə şəhər komendantı Almaz Orozəliyev əmr imzalayıb. Bununla yanaşı, paytaxta giriş-çıxışın xüsusi qaydaları də tətbiq olunub.

Bundan əvvəl Prezident Sooronbay Jeyenbekov paytaxt Bişkekdə yaranmış gərginliyə görə fövqəladə vəziyyətin tətbiqinə dair fərman imzalamışdı.

Həmçinin Bişkək şəhərindəki kütləvi iğtişaşlara dair başlanan cinayət işi çərçivəsində Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı ilə sabiq prezident Almazbek Atambayev, həmçinin DMTK-nin sabiq əməkdaşı Kanat Sağımbayev və DMTK-nin 9-cu idarəsinin keçmiş rəhbəri Dəmir Musakeyev saxlanılıb.

Xatırladaq ki, oktyabr ayının 4-də keçirilən parlament seçkilərindən sonra paytaxtda müxalifət tərəfdarları küçələrə çıxaraq parlament binasını ələ keçirmişdilər. Baş verən toqquşmalar nəticəsində bir nəfər ölüb, 1200dək də xəsarət alıb. Baş nazir Kubatbek Boronov isə istefa verib.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »