Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Bu dəfə bizə konkret “hə-yox” deyilməlidir
Deputat: Bu dəfə bizə konkret “hə-yox” deyilməlidir

Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bəyanatı qəbul edilib. Bəyanat Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, qələbəyə köklənmiş torpaqlarımız tam azad edilməyincə dayanmağı düşünməyən xalqımız atəşkəsin uzun müddət davam etməsindən, köhnə ssenarinin təkrarlanmasından ehtiyatlanır.

Dünənki görüşün nəticələrini Bizimyol.info-ya verdiyi müsahibədə Milli Məclisin deputatı İlham Məmmədovla müzakirə edirik.

İlham Məmmədov İlham Məmmədov

- İlham müəllim, dünən axşam Moskvada əldə edilmiş razılaşma barədə nə deyə bilərsiniz?

- Vladimir Putinin müraciətinə cavab olaraq ,dünən təxminən 12 saat çəkən uzun bir danışıqlar prosesi baş tutdu. Amma bəzi emosional şərhçilərin dediyi kimi heç nə əleyhimizə deyil, əksinə burda biz böyük nəticə əldə etmişik. Burda diqqət çəkməli olduğumuz əsas məqam bu danışıqlar zamanı qeyd edilmiş substansiv kəlməsində gizlənib.

- Substansiv danışıqlar nə deməkdir?

- İzah edim.Konkret olaraq ya hə, ya yox. Əks halda vuracayıq. Dünən dövlət başçısı bu danışıqlar başlayan saatda efirə çıxıb nahaq yerə demədi ki, Ermənistana son şansı verir. Biz ona inanmalıyıq. Ölkə Prezidenti bütün dünyanın gözü qarşısında bu sözləri elə - belə demədi. Bu oyun-oyuncaq deyil.Prezidentimizin də dediyi kimi, onlar bu gün hər yerə zəng edib yalvarırlar. Az qalıb qəbilə başçılarına da zəng vursun. Özünü rəzil köpək, dabanyalayan kimi aparır. Biz onları iti qovan kimi qovacağıq, buna heç kimin şübhəsi olmamalıdır. Bu gün diletancasına, savadsız açıqlamalar vermək olmaz.Nəzərə almaq lazımdır ki, hətta ən qəddar müharibələrdə belə insanlara nəfəs almaq , düşünmək üçün zaman verilir. Bu razılaşma əsir və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün humanitar xarakterli atəşkəsdir. Açıq və konkret qeyd edilib. Eyni zamanda bu fasilə bizim aldığımız mövqelərimizdə güclənməyimizə imkan verəcək.Aldığımız nöqtələr o qədər əhəmiyyətli, o qədər strateji nöqtələrdir ki, düşmənin ən xırda hərkətlənməsini də görə bilirik.Bundan sonra bizim Şuşanı, Xankəndini almağımız an məsələsidir. Qısası, Ermənistan tərəfi deyilənlərə əməl eləməsə biz dərhal atəşkəsi dayandırıb, döyüşlərə davam edəcəyik.Bu danışıqlar nələri nəzərdə tutur, mən sadalayım.

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

- Bir qədər açıqlıq gətirin , xahiş edirəm.

- Burda əsas məqam odur ki, Ali Baş Komandanımızın dediyi kimi, "Təmas xətti" və "status-kvo" anlayışları artıq tarixə qovuşdu. Bunu məhz o etdi. İndi diktə edən tərəf bizik. Bu bizim qələbəmizdir.

Bu terminlər Minsk Qrupunun işə yaramayan beyin məhsulu idi. Bəli, danışıqların formatı dəyişməz qalacaq, çünki formatın dəyişməsi danışıqlar prosesini uzada bilər.

Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.

Və belə format hazırda Minsk Qrupunun həmsədrləri çərçivəsində daha əlverişlidir. Amma Türkiyənin daha aktiv, daha fəal və birbaşa iştirakı ilə. Prezidentin köməkçisi Hikmət Hacıyev bir neçə gün öncə bəyan etmişdi ki, bundan sonra proseslərdə Türkiyənin iştirakı bizim olmazsa olmaz şərtimizdir.

Danışııqların Bakının şərtlərinə əsaslanaraq aparılması həm də o deməkdir ki, həmiin şərtlərin çox yox, biri yerinə yetirilməzsə, ordumuz dərhal hərbi əməliyyatları bərpa edəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır.Bu şərtlərə əməl edilməsə Azərbaycan yenə öz haqq savaşına davam edəcək.

- Bu məqamda atəşkəsin başlanması Azərbaycan ordusuna, yoxsa Ermənistan tərəfə daha çox fayda verəcək?

- Bilirsinizmi, hətta ən qəddar müharibələrdə belə bir qədər ara verilir, nəfəs alınır. Bu fasilə verilib ki, əsirlər dəyişdirilsin, ölən əsgərlərin meyitləri təhvil verilsin. Hərçənd burda təhvil verilməli olan tərəf Ermənistandır. Bizim əsgərlərimiz də, yaralılarımız da özümüzdədir. Ermənistana yüzlərlə əsgər meyidinin getməsi Paşinyanın vəziyyətini bir qədər də ağırlaşdıracaq. Biz yenə beynəlxalq aləmə humanizmimizi nümayiş etdirdik. Çünki bu gün dünyadakı bütün münaqişələr unudulub, bütün dünyanın diqqəti Azərbaycan-Ermənistan müharibəsinə yönəlib. Azərbaycan Prezidenti, Ali Baş Komandan dünyanın ən nüfuzlu telekanallarına belə müsahibə verərkən geri çəkilməyəcəyimizi, heç kəsin bu münaqişəyə qarışmamasını bildirdi. Konkret şərtlər, tələblər irəli sürdü. O bəyan etdi ki, sözüm imzamdır. Bundan o yanası varmı? Dünyada bizi dəstəkləyən, bu savaşda yanımızda olan qardaş Türkiydən başqa bütün böyük güclər bizə qarşı savaşır. Biz həm cəbhədə, həm diplomatiyada uğurla savaşırıq. Dünənki razılşamanı insanlarımız əsla yanlış anlamamalıdırlar, bu bizim uğurumuzdur. Heç kəs ruhdan düşməsin, heç kim təxribatçı izahlara inanmasın, Bu gün ermənilərə də bu lazımdır. Biz qalb gələn tərəfik.

- Atəşkəs uzana bilərmi?

- Xeyr. Mümkün deyil .Biz elə yerlərdə möhkəmlənmişik ki, o əraziyə düşmənin silah gətirib möhkəmlənməsi mümkün deyil. Hərbi sir olduğu üçün bir çox məqamlara aydınlıq gətirmirik, amma biz Qarabağda böyük uğurlar qazanmışıq. Rusiyada başa düşür ki, meydanda Türkiyə də var.Və bu böyük güclə zarafat etmək olmaz.Bütün danışıqlardan fərqli olaraq, ordumuuz bu humanitar atəşkəsi əli tətikdə izləyəcək.Biz Prezidentimizə inanmalı, dəstəkləməliyik. Çox tezliklə daha gözəl xəbərlər eşidəcəyik.Qarabağ Azərbaycandır!

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »