Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
mandalina-kabuklarinin-bilinmeyen-faydalari-710403_3788_10_b
Qış aylarının vazkeçilməz meyvəsi və C vitamininin deposu olan naringi qabıqları da özü qədər faydalıdır.

Publika.az naringi qabıqlarını faydalı istifadə etməyin üsllarını təqdim edir.

Ayaq göbələyi

Naringi qabıqlarının ayaq göbələyini yox edəcək xüsusiyyəti var. Tərkibində olan müxtəlif qaz və fermentlər sayəsində mikrobları öldürərək göbələr kimi xroniki problemləri tez zamanda aradan qaldırır.

Öskürək

Naringi və qabıqlarında olan antioksidanlar öskürəyə səbəb olan problemləri dəf edir. Bunun üçün qurudulmuş naringi qabıqlarını isti suya əlavə edib dəmə qoymaq lazımdır. Alınan qarışıq 2 həftə sərin yerdə qaldıqdan sonra istifadəyə hazır olur.

Həzm problemləri

Naringi qabıqlarında olan vitaminlər həzm sisteminin qayadaya düşməsinə yardım edir. Bunun üçün toz halına salınmış naringi qabıqlarını az miqdarda yeməklərə qatmaq kifayət edir.

Bronxit

Yeməkdən öncə 2 yemək qaşığı naringi qabığının üzərinə yarım fincan isti su əlavə edib içmək bronxit problemlərini aradan qaldırır. Tərkibində olan antioksidant, vitamin və minerallar ağ ciyərlərə hava daşıyan kanalların iltihablanmasının qarşısını alır.

Şirniyyatlar

Bir neçə naringinin qabığını rəndələnmiş formada keks və peçenyelərə əlavə etmək şirniyyatlara gözəl dad və qoxu qatır. Bu da onun ətirverici xüsusiyyətidir.

Mürəbbə

Naringi qabıqlarından mürəbbə də bişirmək olar. Bu mürəbbəyə limon qabığı qatmaq onu daha da dadlı edir. Mürəbbə üçün ayrılmış naringi qabıqlarını istədiyiniz ölçüdə doğrayıb, üzərinə 4 çay qaşığı şəkər tozu əlavə edin. 3-4 saat gözlətdikdən sonra 5 stəkan su əlavə edib şərbət olana qədər qaynadın. İsti-isti bankalara tökün və ağzını bağlayın. Mürəbbə hazırdır.

Otaq parfümü

Qurudulmuş naringi qabıqlarını bir şamdanın içinə qoyun.

Sonra qabıqları azca alovlandırın və söndürün. Qabıqlardan çıxan duman ətrafa çox xoş qoxu yayacaq.

Çay

Naringi qabığının çayı olduqca dadlı və faydalıdır. Bu çay davamlı olaraq istifadə edilən zaman xolestrolun balansı normal səviyyədə olur. Hamiləlik dövründə səhər hiss edilən ürəkbulanmasının birinci dərmanı da məhz bu çayıdır.

Dəriyə qulluq

Bir çox kosmetika markasının istifadə etdiyi naringi qabıqlarından istifadə edərək ev şəraitində kimyəvi qatqısı olmayan vasitələr hazırlaya bilərsiniz. Bir kasaya 2 çay qaşığı rəndələnmiş naringi qabığı, qreyfurt qabığı və iki xörəkm qaşığı bal qoyub qarışdırın.

Qarışığı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Bu maska qüsursuz və təmiz dəri üçün inanılmaz faydaları olan qarışıqdır.

Paylaş »
››› Sayt təsisçisi Nərminin qətli ilə bağlı Baş Prokurorluğa çağırılıb
››› Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto
››› "Təyyarə vurulmazdan az əvvəl İran yaxınlığında 6 ABŞ qırıcısı uçurdu..."
››› General: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib”
››› Xoruz adam öldürdü

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »