Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "İnternetə, sənədlərə baxın, siz kimin doğru, kimin yalan danışdığını görəcəksiniz"
İlham Əliyev

Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs (Ermənistan prezidenti –red.) yalanlar yayır. İnternetə baxın, XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Orada erməni əhalisi haqqında heç bir şey deyilmir.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu “CNN International” televiziyasına müsahibəsində Ermənistan prezidentinin bu telekanala söylədiyi yalanlar, feyk məlumatlar barədə danışarkən deyib.

Dövlətimizin başçısı sözünə davam edərək vurğulayıb: “Ermənilər bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə tamamilə feykdir.

İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »