Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət başçısı: “Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq”
İlham Əliyev

“Biz, həmçinin Ermənistanın nə etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır”.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində müstəqil müşahidəçilərin kasetli silahlardan istifadəyə dair sualı cavablandırarkən deyib.

“Biz özümüzü müdafiə edirik. Biz bunu etməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz məhv etdiklərimizin demək olar ki, hamısını çox müasir avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamiz qırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edən digər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq”, - deyə dövlət başçısı əlavə edib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »