Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Ermənistan xülyasının sonu
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

Zaman keçdikcə dünya erməni xislətinə daha yaxşı bələd olur. Əksəriyyət anlamağa başlayır ki, xəstə təfəkkür çox bəlalara səbəb ola bilər.

Təsadüfi deyil ki, Qarabağ mübarizəsində Azərbaycanın yanında dayananların sayı artıb. Dünya mətbuatı erməni məkrini üzə çıxaran yazılara daha çox yer verməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, son hadisələr həm də “Böyük Ermənistan” xülyasının sonunu gətirdi. Bu haqda Türkiyənin “Milliyet” qəzetinin yazısında da danışılır.

Qəzet yazır ki, əvvəllər Böyük Yunanıstan ideyası çox populyar idi. Bura İstanbulun ələ keçirilməsi də daxil edilirdi. Yunanlar hələ də həmin xəstəlikdən qurtula bilməyiblər. “Milliyyet” ermənilərin də eyni dərdə düçar olduğunu vurğulayır: “Dənizdən dənizə Böyük Ermənistan ideyası ilə yaşayırlar. Yəni Qara dənizdən Aralıq dənizinə qədər ərazidən söhbət gedir. Bu halda Türkiyənin şərqi də ələ keçirilir. Bunu daha çox siçan kükrəməsi adlandırmaq olar”.

Yazıda xülyanın yaradıcılarının, bunu inkişaf etdirməyə çalışanların adları çəkilir. 1886-cı ildə Naxçıvanda doğulmuş erməni terrorçu Qaregin Njdedən danışılır. O, “Böyük Ermənistan” xülyası haqda hətta kitab da yazıb. “Milliyyet” bildirir ki, erməni xalqı və onların qəhrəmanı Njdenin böyük ümidlərini Azərbaycanın hərbi əməliyyatları darmadağın etdi.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »