Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-York birjasında canlanma var
Nyu-York birjasında canlanma var

ABŞ iqtisadiyyatına yeni dəstək tədbirlərinə dair razılaşma əldə ediləcəyi barədə nikbin ab-hava şəraitində Nyu-York Fond Birjasında (NYSE) başlıca indekslər artmağa başlayıb.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 80,94 bənd (0,29 faiz) artaraq 28 505,32 bəndə, “Standard & Poor 500” indeksi 17,37 bənd (0,5 faiz) artaraq 3 464,77 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 94,88 bənd (0,84 faiz) artaraq 11 517,74 bəndə yüksəlib.

Həmçinin hərracın əvvəlində “Apple” şirkətinin səhmləri 0,57 faiz, “Alphabet”in 0,65 faiz, “Microsoft”un 0,8 faiz yüksəlib. WTI markalı neftin noyabr fyuçersləri 0,66 faiz ucuzlaşaraq 40,95 ABŞ dollarından, qızıl isə 1,55 faiz bahalaşaraq 1 925,2 ABŞ dollarından satılıb.

“Bloomberg” xəbər verir ki, bu artımın səbəbi Donald Tramp administrasiyasının iqtisadiyyatı dəstəkləmək üçün irimiqyaslı tədbirlər planı hazırlayarkən güzəştlərə hazır olduqlarını sezdirməsi, nəticədə şirkətlərin maliyyə proqnozlarının yaxşılaşması olub:

“Seçki kampaniyasının son məhrələsində prezident Trampın onda tapılan koronavirusdan sağaldığı bir vaxtda sərmayədarlar seçkilərdə Co Baydenin qələbə çalacağını əsas götürərək artıq demokratların Konqresdə üstünlük qazanıb-qazanmayacaqları, sonra da iqtisadiyyatı dəstəkləyən iri tədbirlər planı qəbul edib-etməyəcəklərini qızğın şəkildə götür-qoy edirlər”.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 21 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »