Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yolu həbsxanadan düşən MƏŞHUR XANIMLAR... - FOTOLAR
Yb11509389173
Dəmir barmaqlıqların kobudluğu xanım incəliklərinə yaraşmasa da, bəzən həyat həbsxanaların zindan qapılarını zərif məxluqların üzünə də taybatay açır. Həbsxana öz “qonaqlar”ında seçim etmir. Məşhur, qeyri-məşhur, fərq etməz. Tikanlı məftillərlə “bəzənmiş” divarların o tayında hamının bir adı var – MƏHBUS...

Modern.az saytı yolu həbsxanalardan düşən məşhur xanımlar haqqında yazını təqdim edir.

Amerikalı məşhur aktrisa, müğənni, bir çox mahnıların müəllifi, fotomodel Peris Hilton 2007-ci ildə həbs olunub. Populyar olmasına baxmayaraq, aktrisa sərxoş vəziyyətdə avtomobil idarə etməsinə və ciddi qanun pozuntularına görə ömrünün 45 gününü cəzaçəkmə müəssisəsində keçirib.

Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən “Qremmi” mükafatının laureatı, populyar ifaçı Lorin Hill də həbsxana həyatını yaşayan məşhurların sırasındadır. Vergidən yayındığına görə, müğənni üç ay azadlıqdan məhrum edilib. Türmədəki nümunəvi davranışına görə 90 gündən sonra Lorinin cəzası yüngülləşdirilərək ev dustaqlığı ilə əvəz edilib.

Məşhur Hollivud aktrisası Mişel Rodriqes bir necə dəfə cərimə edilsə də, bunun fərqinə varmadan həbsxanaya “könüllü” gedib. Şəxsi avtomobilini müntəzəm olaraq sərxoş vəziyyətdə idarə edərək qaydaları kobudcasına pozan aktrisa 6 ay müddətində Hollivud həyatını türmə ilə əvəzləyib.

Amerikadan fərqli olaraq SSRİ-də məşhur xanımların “srok”u daha çox olub. Sovet dönəminin populyar aktrisalarından biri olan, 20-dən artıq filmə çəkilən Zoya Fyodorova öz məhəbbətinin güdazına gedib. Bir çox ali mükafatların, o cümlədən 2 dəfə Stalin mükafatının laureatı əcnəbi vətəndaşla ailə həyatı qurduğuna görə 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Aktrisa xarici kəşfiyyata işləməyində ittiham olunub. Cəzasını tam çəkməsə də Zoya Fyodorova düz 9 il Rusiyanın ən məşhur “Vladimir türməsi”ndə dustaq həyatı yaşayıb.

Moskvanın teatr səhnələrində dövrünün məşhur aktrisalarından biri olan Tatyana Okunevskaya “58-ci maddə” ilə - antisovet təbliğata görə 10 il müddətinə həbsə göndərilib. Lavrenti Beriya ilə yaxın münasibətləri də onu bu bu həbsdən azad edə bilməyib. Özünün yazdığı xatirələrə görə, onun həbsi Beriyanın da çəkindiyi Abakumovun sifarişi olub. Hətta məşhur xanımı evində həbs edərkən həbs haqqında heç bir order təqdim olunmayıb.

SSRİ-də bədii gimnastikanın əsasını qoyanlardan biri Mariya Lisitsian isə həyat yoldaşına görə həbs edilib. Belə ki, məşhur gimnastika trenerinin həyat yoldaşı “xalq düşməni” elan olunub güllələndikdən sonra onu da həbs ediblər. Bu həmin Mariya Lisitsiandır ki, Qızıl Meydanda bayram tədbirləri və paradlar zamanı SSRİ rəhbərləri qarşısında öz yetirmələri ilə birgə bədii gimnastika nümunələri nümayiş etdirib. Lisitsian 2 il həbsdə qaldıqdan sonra şəxsən Beriyanın göstərişi ilə həbsxanadan azad edilib.

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› Uşaqlar üçün biabırçı əsər yazıldı: Arvadbaz qaz barədə şeir - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »