Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyan İham Əliyevə təslim oldu
İlham Əliyev

Azərbaycan ordusunun sülhə məcbur etmə əməliyatları ilkin nəticələrini verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasənda danışıqlara qayıtmağa məcbur oldu. Bu gün Ermənistan hökumətinin başçısı baza prinsipləri əsasında və ATƏT-in Minsk Qrupunun hmsədr ölkələrinin və XİN başçılarının bəyanatlarında səslənən prinsiplərlə danışıqlara hazır olduğunu bəyan etdi.

Bundan əvvəl Paşinyan və Xankəndindəki separatçıların başçısı Azərbaycanla sülh əldə olunmasının 7 şərtini irəli sürmüşdü. Erməni baş nazirin bu günkü bəyanatı onun çıxıb getdiyi danışıqlar formatına və prinsiplərinə qaytmaq niyyətini göstərdi. Danışıqlar məhz Ermənistanın mövqeyi üzündən dayanmışdı. Düşmən dövlətin rəhbərliyi bugünkü hadisələrə gətirib çıxaran iki ciddi yanlış addım atmışdı: birincisi, danıçıqların pozulmasına yönəlik strategiya qurmaqla, ikincisi, sentyabrın 27-də Azərbaycana qarşı hücuma keçməklə münaqişə bölgəsində status-kvonu nəinki saxlamağa, əksinə, öz xeyrinə dəyişdirməyə cəhd göstərmişdi. Ancaq Azərbaycanın uğurlu əks-hücum həmlələri Ermənistan rəhbərliyinin bu planlarını pozdu.

Danışıqların pozulması üçün Ermənistan xeyli provokativ addımlar atmış, bəyanatlar vermişdi. Bunlardan üçünü xüsusi qeyd dəcəyik: birincisi, Ermənistan baş nazirinin danışıqlar formatını dəyişmək – Dağlıq Qarabağ ermənilərini tərəf kimi danışıqlara daxil etmək cəhdi; ikincisi, düşmən dövlətin “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını hazırlaması və və bəyan etməsi; üçüncüsü, Nikol Paşinyanın “Qarabağ - Ermənistandır və nöqtə” deməsi. Və bunlarla yanaşı danııqların dayanmasına, hətta pozulmasına ən əsas səbəblərdən biri də ATƏT-İN Minsk Qrupu həmsədrlərinin Ermənistanın bu provokasiyalarına səssiz qalması, hətta Fransanın davranışlarından da göründüyü kimi, bəzilərinin Ermənistana trivial və latent dəstəyi olub.

Ermənistanın yeni müharibəyə hazırlaşdığını isə, işğal olunmuş ərazilərə yeni yolların çəkilməsi, Qarabağa Ermənistandan əlavə qoşun kontingentinin və silah-sursatın daşınması, Yaxın Şərq ölkələrindən və başqa dövlətlərin ərazisindən terror qruplarının və muzdlu döyüşçülərin Qarabağa cəlb olunması, iyulda Tovuz istiqamətindən Azərbaycan ərazisinə hücum cəhdi edib beynəlxalq neft-qaz, nəqliyyat-kommunikasiya xətlərini atəş altına salmaq və eləcə də, Azərbaycanı Qarabağdakı qüvvələrin bir hissəsini Qərb zonasındakı sərhədlərə çəkməyə sövq etmək istəməsi, bölgədə kəşfiyyat-diversiya qruplarının aktivləşdirilməsi və sair addımları göstərirdi. Ermənistann yeni müharibəyə hazırlaşdığına dair Azərbaycanda da kifayət qədər kəşfiyyat məlumatları var idi; bunu Azərbaycan Prezidenti də dəfələrlə demişdi. Əslində danışıqları pozmaq da, başqa provokativ addımlar da Ermənsitanın yeni ərazilər ələ keçirmək və danışıqlarda əlini daha da gücləndirmək məqsədi daçıyırdı. Paşinyan danışıqlardan ona grə getmişdi ki, masaya güclənərək qayətsın, ancaq zəifləmiş halda qayıdır. İndi artıq əvvəlki şərtlərlə danışa bilmir; başlatdığı müharibəni Azərbaycana uduzdu və ilkin qənaət belədir ki, faktik olaraq İlham Əliyevə uduzub. Azərbaycan Prezidenti bu mərhələdə çox ciddi miqyasda intellektual və iradi fərq atdı; təkcə Azərbaycanın hərbi deyil, eyni zamanda ölkə rəhbərinin şəxsi qətiyyəti, böyük güclərin aramsız pressinqinə davam gətirə bilməsi bugünkü nəticələrin qazanılmasında həlledici faktorlar oldu. İndi masada Azərbaycanın əli güclüdür; şərtləri Azərbaycan qoya bilər. Ancaq rəsmi Bakının cəmi bir şərti var: atəşin dayandırılması və sülh danışıqlarına başlamaq üçün Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair konkret və beynəlxalq qarantiyalı qrafik müzakirə olunsun. Fransa Prezidenti ilə bugünkü danışıqlarda da, eləcə də, Minsk Qrupunun o biri iki həmsədrləri ilə təmaslarda da Azərbaycanın irəli sürdüyü təkliflər kfayət qədər əsaslıdır.

Bəli, Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə istinad edir. Ermənsistan bu qətnamələri nəinki yerinə yetirir, hətta bundan açıq-aydın boyun qaçıraraq: “O qətnamələrdə Ermənistanın adı çəkilmir, “erməni qüvvələri” ifadəsi işlədilir” deyir. Buna qarşı Azərbaycanın arqumentasiyası, mənim fikrimcə, belə ola bilər.

Əvvəla, əgər “erməni qüvvələri” ifadəsi altında Ermənistan özünü deyil, Qarabağdakı separatçı erməni hərbi birləşmələrini nəzərdə tutursa, bu da mahiyyəti dəyişmir; qətnamələrdə “Azərbaycanın işğal olunmuş əraziləri” anlayışı var. Yerli qüvvələrin isə haranısa işğal etməsi mümkün deyil; ən əsası Ermənistan son 28 ildə danışıqlarda iki tərəfdən biri olaraq iştirak etməklə işğalçı olduğunu özü də təsdiq edib və Qarabağdakı erməni hərbi qüvvələrinin şəxsi heyətinin 90 faizindən çoxu Ermənistana məxsus idi (ona görə keçmiş zamanda deyirik ki, o canlı qüvvənin xeyli hissəsini Azərbaycan ordusu artıq məhv edib). Ermənistan hərbi xidmətə çağırdığı vətəndaşlarını böyük hissəsini məhz Azərbaycanin işğal olunmuş ərazilərinə göndərmişdi (hətta Paşinyan öz oğlunu da Qarabağda dislokasiya olunan Ermənistan hərbi hissələrindən birinə hərbi xidmətə yazdırmışdı). Bunlar təkzibedilməz faktlardır.

İkincisi, hətta həmin o dörd qətnamə qəbul olunmamış olsaydı belə, Azərbaycanın öz ərazilərini hərbi güc tətbiqilə işğaldan azad etməsi üçün həm beynəlxalq hüquqi, həm də daxili Konstitusion əsasları vardı və yenə də var. Və sentyabrın 27-də hücuma keçən düşmənə cavab olaraq Azərbaycan bu hüququndan istifadə etdi və əks-hücuma keçərək Ermənistanın öz dəstəkçilərinin köməyilə 30 ilə qurduğu müdafiə xəttini və ordu gücünü 10 günə darmadağın etdi. Artıq sentyabrın 27-dək olan hərbi gücünü bərpa etməsi üçün Ermənistana ən azı 10 il lazım olacaq. Bunun daha da uzun müddət tələb etməsi mümkündür, çünki sülhə məcburetmə əməliyyatları ilə Azərbaycan Ermənistanın onsuz da çox çətin vəziyyətdə olan iqtisadiyyatına çox ciddi, ağır zərbə vurub. Eyni zamanda Azərbaycanın hərbi zərbələri Ermənistanda aşkar siyasi böhranın yaranmasına da səbəb olub. Bütün bu və başqa xeyli faktorlar Ermənistanın təkcə döyüş meydanında deyil, siyasi müstəvidə də geri çəkilməsinə gətirib çıxarıb. Ermənistan əsgər və zabitləri hətta zirehli texnikanı, silah-sursatlarını, hərbi nəqliyyatını belə atıb piyada qaçmağa məcbur olduğu kimi, siyasətin piyadası Nikol Paşinyan da öz əvvəlki siyasi mövqeyini, şərtlərini ataraq atəşkəs yalvarışları ilə meydandan qaçıb. İlham Əliyev Nikol Paşinyanı siyasi debatlarda və beynəlxalq forumlarda necə məğlub etmişdisə, hərb meydanında da darmadağın etdi. Azərbaycan ordusu dünya orduları arasındakı mötəbər yerini öz döyüş əzmi və peşəkarlığı ilə bir daha təsdiqləmiş oldu.

Bizimyol.info

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »