Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Güclü külək rayonlarda fəsadlar törədib — 2 nəfər xəsarət alıb
03e3b9f9-d30d-4040-83c5-74d1f3617550
Axşam saatlarından etibarən əsməyə başlayan güclü külək cənub rayonlarında fəsadlar törətməkdə davam edir.

“Report”un məlumatına görə, külək nəticəsində 32 yaşlı qadının üzərinə ağac aşıb. Hdisə rayonun Motlayataq kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Şəfa Ziyabəddin qızı Əliyevanın üzərinə baş vermiş qısamüddətli güclü külək səbəbindən ağac aşıb. O, təcili olaraq Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Astara rayonunda əsən güclü külək nəticəsində daha bir nəfər xəsarət alıb. Hələlik şəxsiyyəti məlum olmayan şəxs bədənin müxtəlif nahiyələrindən sınıq və xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, külək əsasən dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Lerik rayon mərkəzinin bir hissəsi istisna olmaqla, digər ərazilərə elektrik enerjisi verilişi kəsilib.

Həmçinin təbii fəlakət nəticəsində meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib. Astara rayonunda iri gövdəli ağaclar yerindən qopub. Bir neçə yerdə elektrik və rabitə xətti dirəkləri sıradan çıxıb. Lənkəran və Masallı rayonlarında qəzalar səbəbindən bəzi kəndlər işıqsız qalıb. Bir sıra xətlər isə qəzaların qarşısını almaq məqsədi ilə şəbəkədən ayrılıb.

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› Uşaqlar üçün biabırçı əsər yazıldı: Arvadbaz qaz barədə şeir - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »