Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın təxribatına ekspertdən açıqlama: “Şuşada erməni kilsəsi olmayıb”
Ermənistan hərbçilərinin toplantısı zamanı Azərbaycan ordusunun vurduğu Şuşa mədəniyyət mərkəzi

“Azərbaycanın işğal olunmuş Şuşa şəhərində erməni kilsəsi olmayıb”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib .

Faiq İsmayılov Faiq İsmayılov

Qeyd edək ki Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki Ermənistanın işğal etdiyi Şuşa şəhərindəki dini ibadət yerləri və mədəniyyət abidələri Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır.

Ekspert Faiq İsmayılov vurğulayıb ki tarixin heç bir dönəmində Şuşada erməni kilsəsi olmayıb: “Mən bunu bütün məsuliyyətimlə deyirəm. Bunu sübut edən erməni mənbələri də var. Şuşa işğal olunandan sonra rusların ibadət etdiyi yeri ermənilər kilsə ediblər.

Qarabağ xanlığı dövründə həmin ibadət yeri xanlığın zindanı olub. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra Rusiya öz qoşunlarını Azərbaycanın bütün regionlarında yerləşdirdilər. Eləcə də, Şuşada. Burada olan rus əsgərlərinin ibadət etməsi üçün yer yox idi. Rus əsgərləri komandanlıqlarına müraciət edəndən sonra qərara alınıb ki xanlığın zindanı üzərində zəng qülləsi tikildi. Qüllə piramida şəkilində tikilmişdi. Həmin qüllədən zəng asılıb. Qüllədə zəng çalanda rus əsgərləri ibadət edirdilər. Məscidlərdə ibadətə dəvət edən azan səsi kimi...

Bir müddətdən sonra orada mərasim zalı da düzəltdilər. Sobvet dövründə isə bu yeri kilsə kimi düzəltdilər. Burada yaşayan azərbaycanlılar da həmişə ora Rus kilsəsi deyirdilər”.

Ekspert bildirib ki, Şuşada erməni kilsəsinin olması və onun zərbaycan Ordusu tərəfindən vurulması Azərbaycana qarşı şərdir: “Azərbaycan Ordusu işğal edilmiş əraziləri sürətlə azad edir. Bunun qarşısını ala bilmədikləri üçün mülki əhalini atəşə tutmaqla yanaşı, saxta ittihamlar irəli sürüb təxribatlar etmək istəyirlər. Guya Şuşada erməni kilsəsi var və Azərbaycan ordusu həmin kilsəni dağıdıb. Rus kilsəsini də Ermənistan hərbi-siyasi rəhbərliyinin özü vurub. Bunun əyani sübutlarından biri odur ki həmin kilsə gündüz deyil, gecə partladılıb. Məqsəd bu təxribatın orada məskunlaşdırılmış əhalinin göməməsi üçün edilib. Azərbaycan Ordusu tarixi və ibadət yerlərinə atəş açmır”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »