Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailli ekspert: “Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə...”
Ələ keçirilmiş Ermənistan tankları

Ermənistan bütün cəbhələrdə məğlub olmasına baxmayaraq, öz vətəndaşlarını aldatmaqda davam edir.

Bunu Trend-ə israilli ekspert Natəvan Katsman deyib.

O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında münaqişədir: “Heç bir türk qoşunları, digər qoşunlar buraya cəlb edilməyib. Azərbaycanın digər qoşunları cəlb etmək ehtiyacı yoxdur. Azərbaycanın həm say, həm də ən yeni texnologiya və silahlarla təchizat baxımından güclü ordusu var”.

Azərbaycanın strateji obyektlərinə hücumlar barədə danışan ekspert bildirib ki, bu, Ermənistan tərəfindən münaqişəyə digər ölkələri cəlb etmək və regional münaqişəyə çevirmək məqsədilə planlaşdırılıb. N.Katsman qeyd edib ki, Azərbaycan Prezidentinin ağıllı siyasəti ölkəni uğura aparır və əmin olduğunu bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edəcək: “Azərbaycan erməni sakinlərə qarşı deyil, heç vaxt onları sıxışdırmayıb. Ermənilər Azərbaycanda bu gün də yaşayır və heç kim deyə bilməz ki, onlar əziyyət çəkir. Atəşə tutulan Azərbaycan şəhərlərinin sakinləri isə zərər görür. Arzu edirik ki, bu, tezliklə başa çatsın. Amma vurğulamaq lazımdır ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə, bu, başa çatmayacaq”.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »