Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Maye qaz doldurma məntəqəsindəki partlayışda ölən və yaralananların ADLARI (FOTOLAR)
9e0e3afb8f46f9552f34f05b47103a29
Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“18 BG 546” dövlət nömrə nişanlı “ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.

Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində başqa şəxslərin olması ehtimalı araşdırılır.

[gallery columns="1" size="full" ids="29301,29302,29303,29304">

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› Uşaqlar üçün biabırçı əsər yazıldı: Arvadbaz qaz barədə şeir - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »