Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN başçıları Moskvada: "Kreml Bakıya təzyiq edəcək, amma nəticəsi olmayacaq" - Politoloq
Rusiya XİN

Xəbər verildiyi kimi Rusiya Prezidenti Vladimir Putin müzakirələrin aparılması üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərini bu gün Rusiyaya dəvət edib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri cümə günü Moskvada Dağlıq Qarabağla bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Moskva Azərbaycanı danışıqlar masasına qayıtması üçün təzyiqlər edəcək.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşündən gözləntim yoxdur. Rəsmi Moskavdan Azərbaycana müəyyən təzyiqlər olacaq ki, atəşkəs elan edək, danışıqlar masasına qayıdaq”,- deyə E.Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan atəşkəsin elan edilməsinin və danışıqlar masasına qayıtmağın əleyhinə deyil: “Amma şərtimiz yerinə yetirilməlidir - işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməlidir. İnanmıram ki, Ermənistan bu şərtlə razılaşsın. Ona görə də danışıqlardan ciddi nəticə çıxacağını gözləmirəm”.

Ramid İbrahimov

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »