Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Ermənilər Rusiyanı keçi qiymətinə satacaq..."
Nikol Paşinyan və Vladimir Putin

Ermənilər bu günlərdə Rusiyanı qınağa doldurma siyasəti aparmaqla məşğuldur. “Komandos” adlanan general Ter-Tadevosyan “Novosti Armeniya” agentliyinin Youtube kanalına müsahibə verib.

Ermənilərin dünyada rolunu şişirdən qoca general Qarabağ müharibəsində ermənilər məğlub olarsa “Rusiyanı ağır geopolitik nəticələr gözləyir” deyib.

“Əgər Rusiya Ermənistanı itirsə, o zaman Qroznını, İnquşetiyanı, Osetiyanı – Şimali Qafqaz xalqlarını itirəcək. Eyni zamanda Başqırdıstanı, Qırğızıstanı, hətta Qazaxıstanı itirəcək” – Tadevosyan deyib.

Bax, erməni xisləti budur. Bəri başdan deyir ki, Qarabağ müharibəsini uduzsalar, Rusiyanı keçi qiymətinə satıb ABŞ-ın himayəsinə keçəcəklər. Üzü Roma imperiyasından bəri sığındıqları gücləri öz mənafeləri naminə satmaq erməninin tarixidir. Osmanlını satıb Rusiya imperiyasına sığınan ermənilər indi Moskvanı şantaj edir və onu satmağın iki addımlığında olduğunu xatırladır.

Amma Şimali Qafqazın, Qazaxıstanın, Başqırdıstanın erməniyə nə aidiyyatı var? Qroznını Rusiya heç çətin vaxtlarında itirmədi, indi erməni nə rol oynayacaq ki, Rusiya itkilərə məruz qalacaq? Planetin taleyini ermənilərmi həll edir?

Hə, yəqin ilk dəfə 1977-ci il-də Moskva metrosunda terror aktını xatırlatmaq istəyirlər ki, Stepan Zatikyan, Zaven Baqdasaryan kimi terrorçuları hələ çoxdur və Rusiyanı terror meydanına çevirə bilərlər.

Ter-Tadevosyan dayanmır: ”Ermənistanın rolu yalnız öz təhlükəsizliyini qorumaqla bitmir, o həm də Rusiyanın dövlət kimi mövcud olmasını təmin edir”. Əslində bu adam və bu kimi məxluqlar Qarabağın da vaxtilə Rusiyanın köməyi ilə aldıqlarını dolayısı ilə etiraf etmiş olurlar.

Erməni mediası dünən Putinin “müharibə Ermənistan ərazisində aparılmır” bəyanatını süngü ilə qarşılayıb və “bu satqınlığı erməni xalqı unutmayacaq” kimi sözlərlə xox gəlməyə başlayıb.

Ermənistan Qarabağ məğlubiyyətindən sonra Gümrüdən Rusiyanın hərbi bazasını çıxaracağı ilə hədələyir və aprel döyüşlərindən sonra “Rədd ol aqressor!” şüarları ilə küçəyə çıxacaqlarını xatırladır, təhdid edirlər.

Qarabağ müharibəsini biz qələbə ilə başa vuranda Rusiya başda olmaqla bütün dünya erməni mahiyyətini çılpaqlığı ilə dərk edəcək. Hələ indidən ermənilər “bu biabırçı, biabırçı dünya” deyib bəşəriyyəti ittiham edirlər ki, niyə Azərbaycana, Türkiyəyə qarşı çıxmırlar. Putini erməni xalqını satmaqda və gələcəkdə bu işinə görə utanacağı ilə ittiham edirlər. Bu, yalançı “əzabkeş xalq” sümürgəçilərinin əslində faşist, terrorçu mahiyyətini bəşəriyyət yaxın vaxtlarda aydın görəcək.

Əslində, Ermənistan çoxdan Rusiyadan qopma yolunu tutub. Paşinyandan xeyli əvvəl başlayıb bu. Üzünü Qərbə çevirmək azadlıq sevdasından yox, Rusiyaya daha bel bağlamağın mənasız bir iş olduğu sandıqlarındandır. Osmanlıya qarşı onun zəiflədiyi vaxt qiyam qaldırdılar. İndi də üfiqdə Rusiyanın qürubu gördüklərindən üzlərini yeni havadara çevrilirlər.

Regiona gələn hər yeni gücə lövbər atılası hazır sahildir Ermənistan.

Atları dəyişirmi, Ermənistan?

Ilham Ismayıl İlham İsmayıl
Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »