Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Məktəb avtobusu” pilot layihəsinə start verilir
Təhsil Nazirliyi

Təhsil Nazirliyi həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən məlumata görə,  xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunub.

Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq. İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər.

Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »