Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 günlük müharibə ərzində Ermənistan büdcəsinə 5 milyard ziyan dəyib
Ermənilər texnika və silahlarını qoyub qaçdılar - Video

Azərbaycan Ordusu işğal altında olan 30-a yaxın strateji əhəmiyyətli məntəqəni azad edərək Qarabağın bütünlüklə azad edilməsi uğrunda irəliləyir. Geopolitik baxımdan Qarabağ özü strateji əhəmiyyətli bölgədir. Bu ərazilərdə 150-dən çox faydalı qazıntı mədəni yerləşir. Ermənistan 30 ildir bu mədənlərdən çıxarılan sərvəti dünya bazarlarına axıdır.

Bizimyol.info xəbər verir ki, bu fikirlər Yeni Şafak qəzetində dərc edilib.

Mədənlərin böyük əksəriyyəti Ermənistanın keçmiş prezidenti Sərkisyana yaxın adamlara məxsusdur. Məhz buna görə devrilmiş Sərkisyan Paşinyanın qovulması üçün əlindən gələni edir və bu gün Paşinyanın uğursuzluğu Sərkisyan üçün arzuolunandır. Qarabağın yenidən Azərbaycanın nəzarətinə keçməsilə Ermənistan iqtisadiyyatında çöküş başlayacaq.

Ermənistan bu günə qədər döyüşlərdə 250 tank, 270 top batareyası, raket atan sistem, 60 hava hücumundan müdafiə sistemi, 11 qərargah və post, 8 silah anbarı,150 hərbi avtomobil və bir ədəd S300 kompleksini itirib. Ümumilikdə bu 13 günlük müharibə dövründə Ermənistan büdcəsinə dəyən ziyan 5 milyard dollar təşkil edir.

Hesablamalara görə sadəcə Kəlbəcərdə yerləşən qızıl mədəninin 150 ton qızıl ehtiyatı var. Bu mədənin gəlirlərinin 99 faizi rus şirkətinə aid idi ki, savaş başlayan kimi şirkət ərazini tərk edib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »