Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
8488756
Hollandiyada evtanaziya yolu ilə həyatına son qoymaq istəyənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 59 nəfərin işlədiyi Həyatın Sonu Klinikasına (“Levenseindekliniek”) evtanaziya üçün tələb çoxalıb.

Hazırda klinikada ölmək üçün növbə gözləyənlər var. Klinikadan bildirilib ki, evtanaziya üçün müraciət edənlərin boş yerə gözləməsinin qarşısını almaq üçün onlarla yeni həkim və psixoloq işə götürüləcək.

Məlumata görə, ötən il dözülməz ağrılardan əziyyət çəkən və yaxşılaşmaq ümidi olmayan 1800-dən çox xəstə evtanaziya üçün müraciət edib. Bu rəqəm 2017-ci ilin ilk 9 ayı ərzində isə 1862 nəfər olub. İlin sonuna qədər müraciətlərin 2500-ə çatacağı bildirilir.

Qeyd edək ki, bir çox ölkədə qadağan edilən evtanaziya, Hollandiyada 2002-ci ildən etibarən qanuniləşib.

Paylaş »
››› Sayt təsisçisi Nərminin qətli ilə bağlı Baş Prokurorluğa çağırılıb
››› Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto
››› "Təyyarə vurulmazdan az əvvəl İran yaxınlığında 6 ABŞ qırıcısı uçurdu..."
››› General: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib”
››› Xoruz adam öldürdü

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »