Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Caspian European Club" çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes - forum keçirilib
23022311_10209281478145735_1787319850_n
Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi "Caspian European Club" və "Caspian American Club"ın birgə təşkilatçılığı ilə biznes-forum keçirilib.

Biznes-forumda “My Broker” Gömrük Təmsilçiliyinin nümayəndə heyyəti və Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyədən olan iş adamları, həmçinin beynəlxalq təşkilatların nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri də qatılıb.

"Caspian European Club" Xəzər-Qara və Baltik dənizi regionu ölkələri arasında beynəlxalq iqtisadi əlaqələrin nizamlanmasında mühüm rol oynayır", - deyə Telman Əliyev bildirib. O, əlavə edib ki, " Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. "Caspian American Club"un yaradılması təşəbbüsü də Azərbaycanın dövlət başçısına məxsusdur.

Biznes-forumda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev və Komitənin məsul əməkdaşları da iştirak edib.

Çıxış zamanı Aydın Əliyev "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi, "yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqi, həmçinin elektron xidmətlərdən istifadənin genişləndirilməsi, sənədləşmənin tam elektron formada həyata keçirilməsi, sertifikatlaşdırma prosesində vahid siyahının tərtibi və tətbiqi, tranzit potensialının artırılması barədə danışıb. Komitə sədri bildirib ki, 2017-ci ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayına görə dövlət qurumları arasında 4-cü sırada qərarlaşıb. O, vurğulayıb ki, görülən işlər ticarətin asan və sürətli şəkildə aparılmasına, gömrük nəzarətinin şəffaf şəkildə həyata keçirilməsinə, ümumilikdə biznes mühitinin və iqtisadiyyatın inkişafına təkan verib.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov; DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı; DGK Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov; DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovnik-leytenantı Anar Süleymanov və DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin Risk analizləri şöbəsinin rəisi Ziya Ağayev çıxış edərək ,görülən işlər barədə geniş məlumat veriblər.

“My Broker” Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyev Dövlət Gömrük Komitəsinin sədrinə gömrük xidmətində son islahatlara, gömrük işinin beynəlxalq standartlara uyğun aparılmasına, gömrük nəzarətinin şəffaf şəkildə həyata keçirilməsinə, ümumilikdə sahibkarlığın, ticarətin, biznes mühitinin və iqtisadiyyatın inkişafına verdiyi dəstəyə görə Aydın Əliyevə öz minnətdarlığını bildirib.

Əliyev qeyd edib ki, “My Broker” Gömrük Təmsilçiliyi ,gələcək fəaliyyətində də Prezidentimizin sahibkarlıq və biznesin inkişafı istiqamətində yürütdüyü siyasəti əsas götürüb, Dövlət Gömrük Komitəsinin iş prinsipinə uyğun olaraq fəaliyyətini bu istiqamətdə davam etdirəcək, şəffaf və beynəlxalq standartlara uyğun elektron sürətli gömrükləmə sisteminin icrasında gömrük təmsilçiliyi olaraq üzərinə düşən işlərin daha da inkişaf etdirəcək.

Tədbirin sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “My Broker” Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyevə sertifikat təqdim edərək , işlərində uğurlar arzu edib.

[gallery columns="1" size="full" ids="29282,29283,29284,29285,29286">

Paylaş »
››› Sayt təsisçisi Nərminin qətli ilə bağlı Baş Prokurorluğa çağırılıb
››› Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto
››› "Təyyarə vurulmazdan az əvvəl İran yaxınlığında 6 ABŞ qırıcısı uçurdu..."
››› General: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib”
››› Xoruz adam öldürdü

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »