Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qərb mediası: “Türkiyə dronları Azərbaycanda gələcək müharibələrin necə olacağını göstərir”

Qarabağ döyüşləri Azərbaycan ordusunun gerçək gücünü ortaya qoydu. Ermənilərə sarsıdıcı zərbələr vuruldu. Qərb mətbuatı indi buna daha çox diqqət ayırmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, 1933-cü ildən ABŞ-da çap olunan “Newsweek” jurnalı Azərbaycan ordusunun gücündən yazıb. Qərb media orqanı ermənilərin xeyli hərbi texnikasının sıradan çıxarıldığını bildirib. “Newsweek” Azərbaycanın pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələrə diqqəti yönəldib. ABŞ jurnalı Qarabağda gələcək müharibələrin mənzərəsinin canlandlğını qeyd edib.

Set Frantsman yazır ki, bu müharibə döyüşlərin unikal obrazı ilə fərqlənir: “İndiyə qədər pilotsuz uçuş aparatlarından daha çox ABŞ terrorizmlə mübarizədə istifadə edirdi. Bakının qərarı gələcək müharibələrin mahiyyətindən xəbər verir. Pilotsuz uçuş aparatlarından istifadə edən hökumətlər – Vaşinqtondan Pekinə Yerusəlimdən Tehrana qədər hamı bunu nəzərə almalıdır”.

Jurnalist xatırladır ki, Azərbaycan hələ 2016-cı ilin aprel döyüşlərində bu istiqamətdə necə uğurlu olduğunu göstərə bilib. Onda İsraildən alınmış “kamikadze”lər – “Harop”lar, “Orbiter”lər ermənilərə lazımi zərbələr endirib: “Azərbaycan bu döyüşlərdə düşmənin 30 pilotsuz uçuş aparatını sıradan çıxarıb. Ermənistan azərbaycanlıların 107 belə aparatını vurduğunu bildirir. Tarixdə hələ bu qədər dronun məhv edilməsinin qeydə alındığı döyüşlər olmamışdı”.

Yazıda Azərbaycanın İsrail dronlarına üstünlük verdiyi bildirilir. Amma Türkiyənin “Bayraktar”ının da adı çəkilib: “Bayraktar” bir növ Amerikanın “Reaper”inin miniatür versiyasıdır”.

Set Frantsman yazıb ki, Azərbaycan ortaya çox maraqlı nümunə qoyub. Onun fikrincə, ABŞ və Çin bizim ordudan pilotsuz uçuş aparatlarından necə effektli istifadə edilməsini öyrənməlidir.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »