Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fövqəladə vəziyyət zamanı mediatorlara təlimlər distant formada keçiriləcək
Nazirlər Kanineti

"Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində dinləyicilərin ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şurasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçiriləcək.

Qeyd edək ki, bu Qaydanın müddəaları ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimi də əhatə edir.

Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması mediasiya təlimi qurumları tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim aşağıda göstərilən şəxslər tərəfindən həyata keçirilir:

- son 2 il müddətində ən azı 10 mediasiya işi aparmış mediator;

- son 6 ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 (iki) il pedaqoji staja malik və ya son 3 (üç) il müddətində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış təlimçi;

- beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsində təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan təlimçilər.(apa)

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »