Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müşaviri: “Dağlıq Qarabağdakı iqtisadi ziyan hesablanır”
Qarabağ

Azərbaycan Dağlıq Qarabağdakı hərbi qarşıdurmadan dəyən iqtisadi ziyanı hesablayır, lakin hələlik konkret rəqəmlərdən danışmaq çətindir.

“Report”un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinə bildirib.

“Biz indi müxtəlif əhəmiyyətli mülki obyektlərə, o cümlədən Azərbaycanın strateji obyektlərinə atılan və ya atılmasına cəhdlər edilən artilleriya və raket zərbələrindən danışırıq. Yəni biz Azərbaycan iqtisadiyyatına dəyən ciddi ziyandan danışırıq. Təbii ki, hərbi əməliyyatlar, sürətlə gedən proseslər, dəyişən vəziyyət çərçivəsində bu gün dəqiq rəqəmlərdən danışmaq çətindir”, - deyə E. Məcidov bildirib.

Onun sözlərinə görə, hazırda itkilərin hesablanması ilə məşğul olan qurumlararası və sektoral komissiyalar işləyir. “Mən sizi əmin edirəm ki, hesab təqdim ediləcək”.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »