Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış ekspert əsgər ailələrinə yardım kampaniyası başlatdı
Elnur Fərzəliyev

Əmlak məslələri üzrə ekspert, Millitribuna.az saytının təsisçisi və baş redaktoru Elnur Fərzəliyev xeyirxah bir işin təməlini qoyub.

Bu günlərdə hər kəs cəbhədə döyüşən əsgərlərə əlindən gələni dəstəyi verir, hər kəs qələbəyə öz hədiyyəsini vermək üçün əlindən gələni edir. Elnur Fərzəliyev isə hesab edir ki, cəbhədə döyüşən əsgərlərimizin qidası da, geyimi də dövlət tərəfindən yetərincə təmin olunub. Əsgərlərimizə hətta o qədər sovqat göndərilib ki, onlar bu payı yaxınlıqlda yerləşən kəndlərin sakinlərinə paylayırlar. Buna görə də Elnur Fərzəliyev döyüşə getmiş hərbiçilərimizin, əsgərlərimizin gözü yolda qalmasın deyə onların ailələrinə yardım etməyə qərar verib.

“Elə ailələr var ki, onların tək dolanışıq mənbəyi hal-hazırda ordudadır. Ailə üzvü Vətənimiz uğrunda cəbhə bölgəsində döyüşən həmin əsgərlərin ailələrinə istər maddi, istərsə də ərzaqla kömək etmək üçün yardım kampaniyasına start verilir. Kampaniya çərçivəsində yardıma ehtiyacı olan əsgər ailələrinin kontakt və adreslərini də bizimlə bölüşə bilərsiniz.

Cəbhə bölgəsində vuruşan əsgərlərimizin ailələrinə yardım etmək istəyənlər aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər:

Telefon: (055) 212 — 35 -55 Elnur Fərzəliyev

Millitribuna.az saytının təsisçisi və baş redaktoru.

E-mail: [email protected],- deyə o Bizimyol.info-ya bildirib.

İlhamə

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »