Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada yaşayan azərbaycanlı milyarder Vardanyana cavab verdi
Fərhad Əhmədov

“Moskvanın səsi” (Эхо Москвы ) radiosu eks- senator milyarder Fərhad Əhmədovun erməni milyonçu Ruben Vardanyana cavabını səsləndirib.

Bizimyol.info dünən Vardanyanın Putinə müraciətini, hətta hədə xarakterli fikirlərini dərc etmişdi. Fərhad Əhmədov bu erməni sərsəmliyinə cavab verməyi özünə borc bilib:

“Ruben, biz ikimizdə Rusiyanı özümüzə ikinci vətən bilirik.Nə üçün Putinə yalan informasiya ilə müraciət edirsən, aldatmağa çalışırsan? Sən insani dəyərlərdən yazmısan, nə üçün bir insanın həyatı sənin üçün başqasından dəyərsiz olmalıdır, niyə bir xalqın hüququ dəyərdir, digər xalqın haqq səsi heç nə?1988-ci ildə Qarabağda hadisələri kim qızışdırdı, nəyin naminə qan su yerinə axdı, bütün fəlakət Azərbaycanın başına gəldi?SSRİ-nin dağılması məhz Qarabağ hadisələri ilə başlayıb.Ona qədər hamımız o torpaqlarda sülh içində yaşayırdıq.Azərbaycanda çoxlu millətlər yaşayır, yalnız ermənilərə Qarabağda muxtariyyət verilmişdi, onlardan başqa heç kim bizimlə torpaq davası etməyib. Bu barədə niyə susursan?

Soçidə ermənilər ruslardan çoxdur, nədir siz tezliklə orda da qədim Ermənistanı bərpa edəcəksiniz?Öz yalanlarınıza sizdən başqa kimsə inanmır.

Rusiya üçün Ermənistan qulpsuz çamadandır, daşımaq da olmur, atmaq da. Yalnız baş ağrısı verir.Sən gürcülərə, azərbaycanlılara, türklərə müraciət edirsən. Bu necə olur ki, erməni elə hamıya düşmən olur?

Sən sənə çörək verən Rusiyaya minnətdar olmaq əvəzinə onu öz avantürana çəkməyə çalışırsan. Rusiyanın Ali Baş Komandanını təxribata cəlb edərək, ona hərbi andı xatırladırsan. Belə söhbətlər ümumiyyətlə ermənilərin Rusiyada üsyanını körükləyə bilər.

Biz sülh istəmişik, amma indi sənin də sənin ölkənin rəhbəri ilə də sülh barədə danışmaq mənasızdır.Mən əminəm ki, Azərbaycan itirilmiş torpaqlarını qaytardıqdan sonra Tehran da , Tbilisi də Ankara da, Moskva da rahat nəfəs alacaq.Sülh quruculuq işləri başlayanda isə Qarabağ səni minnətdarlıqla xatırlamayacaq.

İlhamə

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »