Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Yunanıstandakı səfirini geri çağırıb
Xarici İşlər Nazirliyi məlumat yaydı

Azərbaycanın Yunanıstandakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumat yayıb.

"Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.

Bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb", - deyə XİN-in məlumatında bildirilib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »