Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın qısa təsviri: “- Ağıllın kimdir? - Qabaqda gedən zəncirli”
Paşinyan  -  Tunayan
Replika

Düşmən dövlətin siyasəti: mümkün olmayanı əldə etmək... “sənəti”

İtə deyirlər:

- Niyə hürürsən?

- Qorxuduram.

- Bəs quyruğunu niyə bulayırsan?

- Çünki özüm də qorxuram.

Bu məsəl düşmən Ermənistanın baş nazirinə daha uyğun gəlir. Bir yandan, Azərbaycanın dinc əhalisini bombardman edir, o biri yandan da atəşkəs üçün yalvarır, zəng etmədiyi ölkə başçısı qalmadı. Dünya tarixi bəlkə də bu cür qeyri-ciddi, ağılsız dövlət adamı görməyib. Hərçənd nə dövləti normal dövətdir, nə özü bir normal adam.

Doğrudur, Ermənistana indiyədək rəhbərlik etmiş bütün şəxslər qeyri-adekvatdırlar. Ən ağıllısı guya Levon Ter-Petrosyan idi, amma ərazilərimizin işğalı, o cümlədən, Xocalı soyqırımı da məhz onun Ermənistana Prezidentliyi dövründə baş verib. Azərbaycan ərazilərini – dağlı-aranlı bütün Qarabağı işğal edib bitirdikdən 3 il sonra birdən ayılıb “Nezavisimaya qazeta”da bir məqalə yazdı ki, sən demə, bu müharibə Ermənistana heç xeyir gətirməyib ki zərər vurub. Ölkə dalana dirənib; bölgədə gedən regional layihələrdən məhrum olub, strateji inkişaf perspektivlərindən kənarda qalıb. Bunu Azərbaycan dəfələrlə dedi, anlamadılar. Başa salmağa çalışdıq ki, Qarabağı işğal etməklə qazandıqlarınız (ki, heç nə də qazanmadılar) itirdiklərinizdən və itirəcəklərinizdən çox-çox azdır. Bizə inanmadılar. Öz prezidentləri bunu deyəndə də xaricdən rejissor çubuğu ilə qalxıb onu devirdilər.

Ter-Petrosyan kürsüdən düşürüldü, yerinə Qarabağ müharibəsinin “qəhrəman”ı Robert Köçəryan gəldi. O da iki müdddət atəşkəslə, danışıqlarla vaxtı uzadıb ölkəni uçuruma daha da itələyib aradan çıxdı. Yerinə öz “döyüş yoldaşı” Serj Sarkisyanı silah gücünə oturtdu. Sarkisyan da Ermənstanı lap uçurumun lap qırağında buraxıb qaçdı. Devirdilər, Nikol Paşinyan gəldi və ölkəni uçurumdan aşağı yuvarladı. Əslində Azərbaycan torpaqlarının işğalına görə qurulacaq böyük məhkəmə prosesində bəlkə də ən yüngül ittihamlar Nikol Paşinyana qarşı irəli sürüləcək; ondan əvvəlkilər ən azı Paşinyan qədər məsuliyyət daşıyırlar. Ağılları olmuş olsaydı, bizimlə düşmənçilik etmək qəflətinə qapılıb böyük dövlətlərə nökərçilik etməsəydilər, indi vurmağa çalışdıqları Bakı-Ceyhan kəməri bəlkə də onların ərazisindən keçəcəkdi. Bakı-Ərzurum qaz kəməri ordan keçərdi, buna əminəm. Ancaq öz əlləri ilə öz iplərini çəkdilər, öz yollarını bağladılar. Bu bataqlıqdan çıxmağı seçmədilər; ya ağılları çatmadı, ya iradələri. Ya da heç biri.

İndiyədək Ermənistana rəhbərlik edənlərin hamısı əl birliyi ilə ölkəni uçuruma atıblar, indi də ağılları çatmır, məntiqləri işləmir, müdriklik göstərə bilmirlər ki, gerçəyi anlasınlar. Uçurumun dibindən yenə də dağın başındakını təhdid edirlər, şərt qoyurlar... Məşhur Azərbaycan el məsəlində deyildiyi kimi: “Dəvədən yıxılıb, “höt-höt”ündən əl çəkmir”.

Ter-Petrosyanın o məşhur məqaləsində etiraf olunduğu kimi, qalib gəlməyi bacarmadılar, indi də məğlub olmağı bacarmırlar. Xarici güclərin dəstəyi (hətta birbaşa iştirakı) sayəsində Birinci Qarabağ savaşında son döyüşü uddular, elə bildilər ki, müharibəni də udublar. Azərbaycanın nə zamansa öz torpaqlarını azad etməyə hərblə gələcəyinə inanmadılar, ona görə də hətta Minsk Qrupunun daha çox Ermənistanın xeyrinə hazırladığı sülh təkliflərinə də yanaşmadılar. Nəticəsi də bu.

Otto fon Bismark deyirdi: “Siyasət – mümkün olanı əldə etmək sənətidir”. Ermənistan rəhbərləri ölkəsini ona görə bu vəziyyətə gətirib çıxarıb ki, siyasətə mümkün olmayanı əldə etmək sənəti kimi baxıb. Hər şey bir yana, adama deyərlər ki, sən tarix boyu harda bir gəmi üzdürmüsən ki, dənizdən dənizə dövlət qurmaq iddiasındasan?!

Mənə irqçi deməyin. Amma, vallah, bunlara “ağıllı millət” deyənin özünün ağlına şübhəm var. Əgər lider deyib seçdiklıəri Nikol Paşinyandırsa, hətta Ter-Petrosyan, Köçəryan, Sarkisyan kimi avantüristlər, siyasi macərapərəstlər olubsa, başqa bir sözə gərək yox. “Ağıllın kimdir? Qabaqda gedən zəncirli” misalı...

Baxın, 10-12 günlük döyüşlərdə canlı qüvvəsinin, hərbi texnikasının, silah-sursatının əksəriyyətini itirmiş bir ölkənin baş naziri kapitulyasiya aktına imza atmaq əvəzinə, ya heç olmasa, qoşunlarının Qarabağdan çıxarılmasına dair cədvəl - qrafik hazırlayıb ortalığa qoymaq yerinə durub hələ bir şərt də qoya bilir. Deyir: “Atəşkəsə o halda razı olarıq ki, Azərbaycan Türkiyənin dəstəyindən imtina etsin və hətta Türkiyə Minsk Qrupundan da çıxarılsın”. Aha, oldu. Başqa əmriniz?!

Görün, bu adamlarda ağıl var? Dünənəcən bizə 7 şərt irəli sürürdü, indi gizlənməyə 7 kvadratlıq zirzəmi axtarır. “Biz o şərtlə razı olarıq ki...” deyir. Sən razı oldun nə yazar, olmadın nə yazar?! Hələ gör, Azərbaycan xalqı torpaqlarını tam azad etməyincə atəşkəsə razıdırmı?! Xeyr! Azərbaycanda indi heç atəşkəs adı tutmaq belə mümkün deyil. Və də Azərbaycan Prezidenti dediyi kimi: “Sən kimsən ki, bizə şərt qoyasan?!” Bizə Türkiyənin dəstəyindən imtina etməyi, onun Minsk Qrupundan çıxarılmağını şərt olaraq deməzdən əvvəl Ermənistan özü Fransanın dəstəyindən və Minsk Qrupundakı həmsədrliyindən imtina etsin görək. Üstəlik, Fransadan fərqli olaraq Türkiyə beynəlxalq hüququn – haqlının yanındadır. “Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı” buna deyiblər.

Minsk Qrupundan çıxarılacaq bir dövlət varsa, o da Fransadır; özü BMT Təhlükəsizlik Şurasında səs verdiyi qərarın əleyhinə gedir.

Bir də ki nə Minsk Qrupu?! Bir hərbi ekspertimzin çox ciddi zarafatla dediyi kimi, Azərbaycan əsgəri o həmsədrləri işdən çıxarıb. Hazırda atəş də, atəşkəs də diplomatların dilinin ucunda deyil, Azərbaycan əsgərinin silahının ucundadır. Ermənistan atəşkəs istəyirsə, özü şərt qoymaq kimi axmaqlıqdan əl çəkib, Azərbaycanın ağıllı təklifini qəbul etsin: qoşunlarını işğal etdiyi torpaqlardan çıxarsın. Şərt olmalıdırsa da, budur. Əvvəlcə bu şərti yerinə yetirsin, ondan sonrası sonrakı işdir.

Amma yox. Ermənistan siyasətçiləri başda Paşinyan olmaqla dünyaca məşhur Albert Eynşteynin bir kəlamını öz nümunələrində dönə-dönə təsdiqləməkdədirlər. Eynşteyn deyirdi: “Insan axmaqlığının sərhədləri yoxdur”. Ermənilər dövləti ilə, diasporu ilə, kilsəsi ilə ətrafındakı qonşularının sərhədlərini ona görə tanımır ki, özlərinin axmaqlığı sərhəd tanımır. Və Eynşteynin fikrinin doğruluğunu dönə-dönə isbatlamış olur. Benjamin Franklinin dediyi kimi, ağıllı olub qardaş kimi yaşamaq varkən, axmaq kimi ölməyi seçiblərsə, ordumuz da bu seçimi reallaşdırmaqda onlara “kömək edir”. Düz də edir. Biz onlarla qardaş deyilik, şox şükür. Bu baş verənlərdən sonra dost da ola bilmərik. Düşmən olmağı da biz istəmədik. Qonşu olmağa isə məcburuq; bizi buna tarix və coğrafiya məhkum edib. Az da olsa ağılları varsa, bizimlə normal qonşu kimi yaşamağı seçərlər, axmaq kimi ölməyi deyil.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »