Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin kabusuna çevrilən cəsur sərkərdəmiz - Mayis Bərxudarov kimdir?
Mayis Bərxudarov

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə vəzifəsini şərəflə yerinə yetirən, Cəbrayıl şəhərini və rayonunun 9 kəndinin işğaldan azad edilməsi ilə xalqımızı qürurlandıran daha bir generalımız Azərbaycan hərb tarixində şanlı tarix yazdı.

Ordumuzu Qələbəyə aparan Birlik komandiri, general-mayor Mayis Bərxudarovun keçdiyi şərəfli ömür yoluna birgə nəzər salaq:

Milli.az bildirir ki, Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlıda dünyaya göz açıb.

Ermənistan silahlı qüvvələri Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub.

1993-cü ildə Mayis Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mayis Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.

1998-ci ildə baş-leytenant Mais Bərxudarov uğurlu xidmətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Bu ordeni ona ulu öndər Heydər Əliyev təqdim edir.

2012-ci ildə o, "Vətən uğrunda" medalı ilə təltif edilir.

2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa Lələtəpə yüksəkliyini, onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edərək sıradan çıxarıb. Hadisə şahidlərinin məlumatına görə, Mayis Bərxudarov tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

Bu gün də general uğurlu xidməti fəaliyyətini şərəflə davam etdirməkdədir.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »