Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə jurnalistləri Dövlət Bağçalının Naxçıvan barədə təklifindən ilhamlandılar
Dövlət Bahçeli

Bir neçə gün öncə Tükiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı Azərbaycanda aparılan II Vətən Müharibəsinin gedişi ilə haqq davamızı dəstəkləyərək maraqlı bir təklif səsləndirdi. Savaşdan sonra Naxçıvanın Azərbaycana quru yolla birləşdirilməsi, bununla bağlı Türkiyə-Azərbayancan sərhəddinin uzadılmasının mümkünlüyü barədə danışdı.

Türkiyənin müxtəlif media orqanlarında bu təklif müsbət qarşılanıb və artıq aktiv şəkildə müzakirə olunur. Dünən axşam TRT 1 kanalı ilə canlı yayımlanan proqrama dəvət edilmiş Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Suallardan biri məhz bu mövzuda idi. Azərbaycan Naxçıvanın quru sərhədləri yolu ilə Azərbaycana birləşdirilməsi üçün Mehri və Zəngəzurun geri alınması barədə düşünürmü?

Hikmət Hacıyev isə bəyan etdi ki, hələ ki , Azərbaycanda bu məsələ müzakirə mövzusu deyil.

Jurnalistlərin verdiyi başqa bir sualı cavablandıran Hikmət Hacıyev həmçinin onu da qeyd etdi ki, Azərbaycan əgər Ermənistanla bizim şərtlərimiz daxilində atəşkəsə başlayarsa bu dəfə vasitəçilər arasında Türkiyə mütləq olacaq. “Türkiyə bizim şərtlərimizin olmazsa olmazıdır” .

İlhamə

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »