Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünaslar etiraz edirlər - FOTOLAR
1 (2)
Bu gün bir qrup hüquqşünasın iştirakı ilə Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə dəyirmi masa keçirilib.

Tədbirdə sabah Milli Məclisin plenar iclasında baxılacaq Mülki Prosessual Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihələr müzakirə olunub.

Dəyirmi masada çıxış edən, əhaliyə hüquqi yardım və hüquqi xidmətlə məşğul olan hüquqşünaslar həyata keçiriləcək dəyişikliklərin Azərbaycanın imicinə zərər vuracağından və hüquqi müdafiə sahəsində xaos yaranmasından narahatlıqlarını bildiriblər.

Hüquqşünas Nicat Gözəlov bildirib ki, bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq. O bildirib ki, 2000-ə yaxın gənc hüquqşünasımız müvafiq qaydada qeydiyyatdan keçərək vətəndaşlara hüquqi yardım göstərir və bir çox hallarda bu yardımlar ödənişsiz əsaslarla həyata keçirilir. Onun fikrincə? bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq.

Tədbirin sonunda hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsinin Milli Məclisin müzakirəsindən çıxarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.

Ramid İBRAHİMOV

Paylaş »
››› Gəncədə polislə qarşıdurmanın görüntüləri yayımlandı - Video
››› Vilayət Eyvazov Kamran Əliyevlə bağlı əmr imzaladı
››› ABŞ İranın raket hücumu nəticəsində xəsarət alan hərbçilərin sayını açıqladı
››› Putin Kadırova Rusiyada yüksək vəzifə təklif edib
››› Bakı metrosundan şad xəbər

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »