Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sözüm erməni xalqınadır ki, uşaqlarını müharibəyə göndərməsinlər” - Prezident
İlham Əliyev

Əslində Paşinyana deyiləsi sözüm yoxdur, mən ona bütün sözlərimi demişəm. Mənim sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana göndərməsinlər.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində deyib.

“Bu gün qondarma “Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev müsahibəsinin sonunda Azərbaycana göstərilən birmənalı dəstəyə, bu ağır günlərdə bizimlə bir yerdə olduqlarına görə CNN-Türk televiziyasına, Türkiyənin bütün media toplumuna təşəkkürünü bildirib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »