Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstanda prezidentin impiçmenti üçün prosedur başladıldı
Sooronbay Jeenbekov

Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekov üçün impiçment prosedurunu başlatdı.

Bu barədə müxalifətçi deputat Qanıbek İmanəliyev məlumat verib.

“Deputatların bir hissəsi impiçmenti imzalayıb. Bu, çox mürəkkəb prosedurdur. Amma prosedurun başladıldığını deyə bilərik”, - deputat bildirib.

Bizimyol.info xəbər verir ki, Qırğızıstan qanunlarına görə, prezidentin vəzifəsindən uzaqlaşdırılması və ona qarşı ittiham irəli sürülməsi üçün deputatların əksəriyyəti buna səs verməlidir. Təşəbbüsün irəli sürülməsi üçünsə deputatların üçdə birinin imzası olmalıdır. Qərar isə ittiham irəli sürüləndən sonra uzağı üç ay ərzində qəbul edilməlidir.

Qırğızıstanda oktyabrın 4-də parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə görə, 16 partiyadan cəmi 4-nün təmsilçiləri parlamentə düşüb. Bu da kütləvi etirazlara, paytaxt Bişkek və başqa şəhərlərdə iğtişaşlara səbəb olub. Nümayişçilər parlamentin binasını tutublar, keçmiş prezident Almazbek Atambayev və digər siyasətçiləri həbsdən azad ediblər.

Deputatlar keçmiş parlamentari Sadır Japarovun müvəqqəti Baş nazir səlahiyyətlərini icra etməsinə qərar verib.

Keçmiş Baş nazir və spiker isə istefa verib.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »